AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Namiq Qaraçuxurlu: “Heç vaxt ona pul vermirəm“

Namiq Qaraçuxurlu: “Heç vaxt ona pul vermirəm“

Mədəniyyət
12 Noyabr 2013, 16:57 1141
Axşam.az-ın məlumatına görə, ANS telekanalında yayımlanan “Şoubiz” verilişi sənətçilər arasında sorğu apararaq onların hansı telefonlara üstünlük verdiyini öyrənib:

Müğənni İzzət Bağırov – Mobil telefonumu tez-tez dəyişmirəm. Ancaq sınanda yenisini alıram.

Müğənni Miri Yusif – Hazırda işlətdiyim telefon 2011-ci ilin modelidir. Mənim üçün əsas odur ki, zəng gəlsin, danışa bilim.

Əməkdar artist Gülyanaq Məmmədova – Çox funksiyası olan telefonlar var. Amma onları almağa maraq göstərmirəm. Çünki heç bir funksiyadan istifadə etmirəm. Telefon həvəsində deyiləm.

Meyxanaçı Namiq Qaraçuxurlu – Heç vaxt telefona pul vermirəm. Hər zaman hədiyyə edirlər. Hansı yeni telefon çıxırsa, dostlarım xaricdən göndərirlər.

Müğənni Eldar Qasımov – Telefon dəyişən deyiləm. Ancaq nə vaxt sınsa, itirsəm, o zaman yenisini alıram. Bu yaxınlarda təyyarədə telefonum qarşı oturacağın altına düşdü, nə qədər çalışsaq da, çıxara bilmədik. Təəssüfləndim, çünki içində şəkillərim, nömrə qeydlərim var idi.