• cümə axşamı, 28 mart, 19:31
  • Baku Bakı 13°C

Mütəxəssis Avstraliyada COVID-19-un müalicəsinin tapılması xəbərinə münasibət bildirdi

06.04.20 10:37 615
Mütəxəssis Avstraliyada COVID-19-un müalicəsinin tapılması xəbərinə münasibət bildirdi
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoruNuran AbdullayevCOVID-19 virusunun Avstraliyada müalicəsinin tapılması barədə mətbuatda yer alan xəbərlərə aydınlıq gətirib.
N.Abdullayev "Report”a açıqlamasında bildirib ki, Avstraliyanın elmi tədqiqatçıları laboratoriya şəraitində (in vitro) araşdırma apararaq İvermectin adlı dərmanın virusa qarşı təsirini öyrəniblər:
"Bu dərman preparatı daha öncədən tibb elminə məlum idi və parazitlərə qarşı (məsələn: bit və qotur xəstəliyi zamanı) hazırda da müalicədə tətbiq edilir. Bundan əlavə, hətta laboratoriya şəraitində (in vitro) daha öncədən HİV və İnfluenzaya da qarşı təsirli olub.
Avstraliyada aparılan tədqiqatda labaratoriya şəraitində öyrənilib ki, bu dərman hüceyrə kulturasında COVID-19 RNA-ı 24 saat sonra 93% azaldır və ümumilikdə isə virus yükünü 5000 dəfə kiçildir. Preklinik testlər olunub və insanlar üzərində tədqiqat aparılmağı isə nəzərdə tutulur. İnsanlar üzərində tətqiqat aparılmadan isə bunun tam təsiri haqqında heç bir dəqiq bir şey demək düzgün deyil.
Unutmamalıyıq ki, hər laboratoriya şəraitində (in vitro) aparılan tətqiqat da canlı üzərində (in vitro) öz təsdiqini tapmır”.
banner

Oxşar Xəbərlər