• çərşənbə axşamı, 19 mart, 11:55
  • Baku Bakı 8°C

MSK dörd seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib

19.02.20 16:52 1390
MSK dörd seçki məntəqəsində səsvermənin nəticələrini ləğv edib
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizəd Rəfullayeva Samirənin müraciətinə baxılıb.
Trend-in məlumatına görə, iclasda bildirilib ki, müraciətdə həmin dairə üzrə bir neçə seçki məntəqəsində pozuntu hallarının baş verməsi qeyd olunub.
MSK üzvü İlham Məmmədovun sözlərinə əsasən, müraciət araşdırılıb və həmin seçki məntəqələri üzrə Seçki Məcəlləsinin tələblərinə zidd hərəkətlərə yol verilib.
İ.Məmmədov həmin dairənin 12, 14, 16, 18 saylı məntəqələri üzrə səsvermənin nəticəsinin etibarsız sayılmasını təklif edib.
Təklif səsə qoyularaq qəbul edilib.
banner

Oxşar Xəbərlər