• çərşənbə, 24 Aprel, 14:34
  • Baku Bakı 27°C

"Moody's": Azərbaycan iqtisadiyyatı bu il 4% artacaq

03.03.21 12:30 438
"Moody's": Azərbaycan iqtisadiyyatı bu il 4% artacaq
"Moody's Investors Service" şirkəti bu il Azərbaycan iqtisadiyyatının təxminən 4% artacağını proqnozlaşdırır.
"APA-Economics"in "Moody's"ə istinadən verdiyi məlumata görə, bu proqnoz əsas beynəlxalq təşkilatlarının (BMT, Dünya Bankı) və beynəlxalq kredit agentliklərinin ("Standard and Poor’s" və "Fitch Ratings") gözləntilərindən daha yüksəkdir.
Xatırladaq ki, "S&P Global Ratings" reytinq agentliyi bu il Azərbaycanda ÜDM-in 2,1%, Dünya Bankı 1,9%, Birləşmiş Millətlər Təşkilatı isə 2% artacağını proqnozlaşdırır. 2020-ci ildə ölkədə ÜDM istehsalı 4,3% azalıb.

banner

Oxşar Xəbərlər