Milli valyutada olan əmanətlər 25,8 faiz artıb

Milli valyutada olan əmanətlər 25,8 faiz artıb

İqtisadiyyat
18 İyul 2019, 14:52 23013
İyunun 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8 milyard 622,9 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb.
İyunda milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 (ilin əvvəlindən 1,70) manata, 1 avro 1,92 (1,92) manata, 100 rus rublu 2,65 (2,61) manata bərabər olub.