• cümə axşamı, 28 mart, 18:08
  • Baku Bakı 13°C

Məmməd Araz

24.11.19 12:30 1705
Məmməd Araz
Ustad haqqı qazanmış şair
Gözəl insan, şair, tərcüməçi, naşir İlyas Tapdıq daim yeri görünən, eldən gedən, əsərləri ilə xalqına bundan sonra da daim xidmət edəcək bir insan idi...
İlyas müəllimlə Mədəniyyət Nazirliyinin dəstəyi və F. Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə keçirilən, 2012-ci ildən başlayan Uşaq Kitab Karvanının yolçuları olduq.Məlumat üçün deyim ki, mən o dəstəyə ölkənin ən populyar və sevilən uşaq qəzeti olan "Tumurcuq"un baş redaktoru kimi dəvət edilirdim. Hansı bölgəyə səfər edirdiksə uşaqlı-böyüklü hamı İlyas müəllimin ətrafınayığılır, doğma adam kimi hal-əhval tuturdu. Hər görüşdə məktəblilər şairin şeirlərini əzbər söyləyər, onu öz aralarına alıb şəkil çəkdirər, kitabına avtoqraf yazdırardılar. Böyüklər isə yazdığı şeirləri şairin öz dilindən eşitmək istədiklərini bildirirdilər. Möhkəm yaddaşa malik İlyas müəllim də onları qırmırdı. Bəzən poeziya dəqiqələri iki saatadək davam edirdi. İlyas müəllim canlı ensiklopediya idi.
Gəncə-Qazax bölgəsinə səfər zamanı İlyas Tapdığın heyranları ona tez-tez "Sən Hüseyn qağanın (xalq şairiHüseynArif nəzərdə tutulur) yadigarısan" deyir, öz evlərinə dəvət edirdilər. Bu, şairə, onun poeziyasına xalq məhəbbətinin nümunəsi idi. Bu səfərlər zamanı çox vaxt mən İlyas müəllimlə eyni otaqda qalardıq. Mən buna sevinirdim. Şam yeməyindən sonra biz oteldə ancaq gün boyu gördüklərimizdən deyil, eyni zamanda keçmişdən, qayğılarımızdan,ədəbiyyatdan, sənətdən söhbət edərdik. Onunlahər bir söhbət mənim üçün nağıl kimi şirin olurdu. Çünki İlyas müəllim sadə təbiətə malik insan idi və mənə ərklə ömürlüyündənm– taleyin ona yaşatdığı ağrı-acılı illərdən, nisgilli ilk sevgisindən, poeziya yollarında addımlarından həvəslə danışırdı. Onun sinəsi aşıq şeirlər ilə, xalq ədəbiyyatı nümunələri ilə dolu idi. Onları elə sapa düzürdü ki,elə bil? dastan gecəsi, oxucularla görüş keçirirdi. Bəzən mehmanxana işçiləri, oradakı qonaqlar da bizim otağa İlyas müəllimi dinləməyə gəlirdilər. Azərbayacanın elə bir rayonu yox idi ki, orada gəzib-dolanmasın. Kiminlə tanış olurdu,deyirdi ki, sizin rayonun filan kəndində filankəsə məndən salam de.
Çox ürəyigeniş, təvazökar adam idi. Kiminsə ünvanına xoşagəlməz söz deməzdi.Gözəl qələm sahibi olmaqla yanaşı, yaxşı təşkilatçı idi.
Şair, tərcüməçi, naşir İlyas Tapdıq "Uşaqgəncnəşr"də redaktor (1957-1962), "Azərnəşr"də redaktor, böyük redaktor (1962-1968), "Gənclik" nəşriyyat;nda böyük redaktor, redaksiya müdiri, bas redaktor (1968-1976), Azərbaycan Bas Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976-1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər redaksiyasının baş redaktoru (1978-1983), "Azərnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri (1989-1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və Kalkınma Ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992-1995) vəzifələrində işləmişdi.
Bir dəfə uşaqlığıdandanışırdı... Deyirdi ki, uşaqlığım ağır illərə düşüb.Görərdin nənəm qarğıdalının dənini səpib həyətə və əlimə də bir çubuq verirdi ki, dəni sərçələrdən qoru. Ancaq mənim sərçələrə yazığım gələrdi. Buna görə də arada qarğıdalıdan bir ovuc götürüb atırdım sərçələr tərəfə ki, ac qalmasınlar. Bir azdan qapı sərçə ilə dolardı... Nənəm də baxıb deyərdi ki, sən dəni qoruyursan, yoxsa sərçələri yemləyirsən?
Nənəm yaxşı xalça toxuyardı. Mən də onun yanında oturub vurduğu naxışlara baxardım. Arabir qaçıb lazım olan kələfi, yumağı gətirərdim. Bəzən nənəm ilmələrin yerini səhv salardı. Mənə deyərdi ki, İlyas, diqqətlə bax, gör bu, hansı əriş-arğacdı? Mən də bu işdə ona kömək edərdim. Bir az böyüyəndən sonra qoyun-quzu da otarmışam, meşədən odun da gətirmişəm ki, şaxtadan, qardan qorunaq. Beləcə, uşaqlıq həyatımın ən gözəl və xoşbəxt günlərini yaşamışam...
Mənimikiqardaşım,birbacımolub.Qardaşlarımyaşcaməndənböyükolublar,ancaqmənonlardanboylu buxunlu,qüvvəliolmuşam.
Qonşumuzdəmirçiidi.Mənbirneçəilonunyanındaçalışıbçörək puluqazanmışam. İyirmi dördkiloluqgürzütəkəllivurabilirdim. İllərsonramənodəmirçixanadakeçirdiyimyaşantıları "Dəmirodəmir,dəmirodəmir"adlıpoemamdamisralaraçevirdim.Yəqinki,oradaişləməsəydimheçoəsəridəyazabilməzdim.
Atamzəhmətkeş,qorxmazkişiidi.Səkkiz-doqquzyaşımolandaməniatıntərkinəalıbgecəmeşədənkeçibyaylağaaparardı. Atıbəzəndüzcanavarlarınüstünəsürərdi. Çoxazdincəlirdi.Getdimüharibəyə. Əvvəllərməktubyazardı.Birgünqarakağızıgəldivəmənimatasız,həsrətdolugünlərimbaşladı. İlkşeirimdə "Atamınsonməktubu"oldu...
İlyasmüəllimin"Valideynlərimə"adlıbirşeirivar.Həminşeirdəyazıbki, "Mənuşaqşairiyəm,uşaqlarürəyimdir..."Deyirdiki,busahədəuğurlarımçoxolduğunagörəmənözümüuşaqşairisayıram.

"İlyasmüəllimüçünçoxqəribsəmişik"


F.KöçərliadınaRespublikaUşaqKitabxanasınındirektoru, ƏməkdarmədəniyyətişçisiŞəhlaxanımQəmbərova: "ŞairİlyasTapdıqsözünün,hərəkətininyerinibilənadamidi.Bizədəyərliməsləhətlərverərdi.Kitabxanadakeçirilənəksərtədbirlərdəiştiraketməyə çalışardı.Sözlə,kitablabağlı öyrənməkistədiyimizhərhansısualolandaürəkləonamüraciətedərdik. Çünkiİlyasmüəllimgözəlşairolmaqlayanaşı,təcrübəlitərcüməçivənaşir,canlıensiklopediyaidi.O,uşaqlarüçünyazdığı "Kəndimizinçobanı", "Bulaqbaşında", "Xumar", "Arxalıdağlar", "Çimnazoynayır", "Əksim", "Qoçaqdovşan", "Özümlə"görüş", "Nağıllıağaclar", "Şıltaqgünəş"vədigərkitablarınmüəllifiidi.
İlyasmüəllim,belədeməkolarsa,UşaqKitabKarvanınsarvanıidi.O,bizimləyolaçıxandahamısevinərdi.Onagörəki,yolboyumaraqlısöhbətləraparar,bölgələrdəkeçirilənkitabbayramınındahayaddaqalanolması üçünməsləhətlərverər,həmintədbirlərdəhamınınürəyincəolançıxışlaredərdi.UşaqKitabKarvanınınəsasdəstəkvericisiMədəniyyətNazirliyiolduğundanbölgələrdəbizihörmətləqarşılayır,lazımolanşəraitiyaradırdılar.Bununlayanaşı, şairİlyasTapdıqbizimləolandaistərrayonrəhbərləri,istərsədəayrı-ayrıziyalılardəstəmizəxüsusiqayğıgöstərməyə çalışardılar. Bu, İlyas müəllimə xalq sevgisinin nümunəsi idi.
Bir neçə ildir ki, kitabxanamızın əməkdaşları Azərbaycanın görkəmli uşaq yazarlarının əsərlərinin biblioqrafiyasını çapa hazırlayır. Gözəl şairimiz İlyas Tapdığın əsərlərinin biblioqrafiyası 2015-cı ildə kitab halında nəşr edildi. Dostu, şair-alim Zahid Xəlil kitaba İlyas Tapdıq yaradıcılığıbarədə geniş, mənalı giriş yazısı yazmışdı. Təəssüf ki, İlyas müəllim xəstə olduğundan kitabın təqdimatında iştirak edə bilmədi.
Ötən ay Uşaq Kitab Karvanı yenə bir neçə şəhər və rayona səfərə çıxmışdı. Bu dəfə bizimlə İlyas müəllimin şeir kitabları uşaqların görüşünə getmişdi... Biz İlyas müəllim üçün çox qəribsəmişik.

Kökə bağlı şair

İlyas Tapdıq ağız ədəbiyyatına, aşıq şeirinə, klassik ədəbiyyatımıza yaxşı bələd və bağlı olan insan idi. Buna görə də onun əsərləri arasında özünün yaratdığı çoxlu qoşma, təcnis, gəraylı, tapmaca, yanıltmac və sair var. Bu əsərlərdə fikrin yığcam ifadəsi hakimdir.
Özü danışırdı ki, müharibə illərində bizim qonşuluqda Göyçədən gələn dəmirçi İbrahim yaşayırdı. Hər gün onun evində saz çalınar, aşıqlar oxuyardılar. Mən o aşıqlara diqqətlə qulaq asardım. Onlar daha çox Aşıq Alının, Aşıq Ələsgərin şeirlərini oxuyardılar. Mən də saz çalmağı öyrənmişdim. İndi müğənnilərin oxuduğu "Nə qaldı?" qoşmasını uşaq yaşlarımda əzbər bilirdim...
Xatırladaq ki, İlyas müəllim ustadlara ehtiram əlaməti olaraq "Aşıq Alı" və "Aşıq Ələsgər " adlı telefilmlərin və digər bir neçə telefilmin ssenarisini yazıb.
Bütün yaradıcılığı boyu o, sinəsində doğma yurd sevgisi ilə yaşatmış, o torpağın hər qayasına, qarlı zirvəsinə, meşəsinə, bulağına, gülünə, çiçəyinə şeirlər həsr etmişdir. O, bəzən bir neçə misra ilə gözəl təbiət lövhəsi çəkir və oxucu sözün qüdrətinə, şairin ilhamına heyran olur. İlyas Tapdıq təkcə təbiətdən yox, Aşıq Alıdan, Dədə Ələsgərdən, Dədə Şəmşirdən, Səməd Vurğundan, Rəsul Rzadan və digər qüdrətli saz, söz ustadlarından dərs almışdı. O, təbiətin hər kəsin görüb-duymadığı hikmətlərini şeirə ustalıqlagətirmişdir. Onun yaradıcılığını oxucuya sevdirən əsas cəhətlər təbiilik və səmimiyyətdir. O, nədən yazır-yazsın bizə məlum mövzuya yeni poetik biçim verir və düşüncəmizi təzələyir. Şairin məşhur "Gədəbəydədir" şeiri 1962-ci ildə yazılsa da, yenə çoxları tərəfindən sevilir, əzbərlənir.Çünki bu şeirdəki poetik mənzərə o qədər təbii və genişdir ki, elə bil, sən şeiri oxuduqca zəngin Gədəbəy torpağını addım-addım gəzib dolanırsan:

Dağlardan tökülən gur şəlalələr,
Çəmənə od salan yanan lalələr,
Ayaz gecələrdə düşən jalələr,
Otların sırğası Gədəbəydədir!

Şairin "Daşkəsən lövhələri"nə aid silsilə şeirləri, "Payız gəlib Qarabağa", "Aranla dağ arasında", "Meşədə", "Şəlalə", "Kol dibinə iz düşdü", "Bahar lövhələri", "Meşəbəyi" və neçə-neçə bu kimi şeirləri oxuduqca heyrətlənirsən və sənə elə gəlir ki, İlyas Tapdıq hər fəsilə uyğun təbiətin gözəlliklərinin sərgisini təqdim edir:

Quşlar uçub,
Boş yuvalar
Xan çinarda xala dönüb.
Nar dənəsi şirinləşib
Pətəyində
Bala dönüb...
("Payız gəlib Qarabağa")
Yaxud:

Üzərində ağ buludlar yarılar,
Yel vuranda gülün-gülə sarılar,
Çiçəyinə nəğmə deyib arılar –
Şirəçəkir çəmənlərin tər çağı,
Sinən üstə səpələnir, Ər dağı!

İnamla demək olar ki, İlyas Tapdıq poeziyasında Azərbaycan təbiəti bütün çalarları ilə gözəl, təravətli və solmazdır.
Dağlar ucalıq, paklıq və zənginlik rəmzidir. Başı qarlı zirvələr, dağların qoynundakı sıx meşələr, ilboyu zümzümə edən sərin bulaqlar, səfalı yayalaqlar hər zaman insan üçün cəlbedicidir. Uşaqlığını dağlar qoynunda yaşamışlar bütün yaşlarda dağlara can atırlar. İlyas müəllim də bu barədə söhbət düşəndə deyirdi ki, uşaqlığım keçən o yerlərə gedəndə rahatlıq tapıram. Orada hər dağ, ağac, yol, bulaq mənə tanışdı. Onların hər biri ilə görüşür, söhbətləşirəm. Bir sözlə, təbiət məni ovudur.
İlyas Tapdıq da zəngin təbiət abidələri və çox qiymətli yeraltı sərvətləri olan Gədəbəy dağlarını tez-tez yada salmış, o yerlərə çoxlu şeir və poemalar həsr etmişdir. Bunları şairin dağlara vəfa borcu kimi qiymətləndirmək olar:

Əzəl başdan siz oldunuz həyanım,
Dağlar, sizə baş əyməyə gəlmişəm.
Şair deyib, qiymət verib sayanım,
Dağlar, sizə baş əyməyə gəlmişəm.

Hər ürəyin payızı var, qışı var,
Hər yuvanın bir qayıdan quşu var,
Çiçəyində anamın göz yaşı var,
Dağlar, sizə baş əyməyə gəlmişəm.

Ana elin əhvalını sormağa,
Baba yurdda bir dağ olub durmağa,
Aşığını oxutdurub yormağa,
Dağlar, sizə baş əyməyə gəlmişəm.

İlyas Tapdığın qoşmaları, lirik şeirləri ilk çağlardan el aşıqları tərəfindən el şənliklərində oxunmuş, dillər əzbəri olmuşdur. Bununla yanaşı, onun həm uşaqlar üçün yazdığı, həm də sevgi və təbiət mövzusunda qələmə aldığı şeirlər bəstəkarların ilham qaynağı olmuşdur. Bəstəkarlardan Sevda İbrahimova, Nəriman Məmmədov, Eldar Rüstəmov, Oqtay Kazımov, Zabitə Məmmədova, Arif Mirzəyəv, Bəxtiyar Kərimov və başqaları onun şeirlərinə mahnılar bəstələmişlər. Bununla yanaşı, İlyas Tapdıq poeziyasına, şəxsiyyətinə böyük məhəbbətin nəticəsidir ki, onlarla aşıq və şair onun şeirlərinə nəzirə yazmış, onu dağların qoynunda görüşə çağırmışlar. Şair Zəlimxan Yaqubun İlyas müəllimə həsr etdiyi şeirin son bəndləri belədir:

Şair – çiçəklərdən bal çəkən arı.
Şerin - zirvələrin tərtəmiz qarı.
Qalxıb Gədbəydən Bakıya sarı
Dağ enən, düz keçəm, döş gələn kişi

Sözü çiçəklərin dadında qalan,
Eşqi baxışların odunda qalan,
Şeiri Zəlimxanın yadında qalan,
Nəfəsi Allaha xoş gələn kişi.


"İlyas Tapdıq ədəbiyyata ləyaqətlə xidmət edib"

Bu günlərdə Xalq şairi Musa Yaquba zəng eləmişdim. Əvvəlcə ustada səhhəti ilə bağlı dil-ağız elədim və cansağlığı arzuladım. Sonra dedim ki, eşitmişəm Siz İlyas Tapdıqla oturub-durmusunuz, bir neçə dəfə səfər yoldaşı da olmusuz...
Musa müəllim dedi: "İlyas məndən bir neçə yaş böyük idi. Böyüklüyü də bacaran adam idi. Gözəl şair, təmənnasız insan idi. O, "Gənclik" nəşriyyatında baş redaktor olanda mən hələ İsmayıllıda işləyirdim. Şeirlərimi göndərirdim, o da diqqətlə yanaşır, kitabımı çapa hazırlayırdı. "Azərnəşr"də işləyəndə də mənə köməyi dəyib. Hər ikimiz dağlıq rayondan idik və təbiət mövzusunda daha çox yazırdıq. Mən onun təbiətə aid şeirlərini çox yerdə gənc şairlərə misal gətirirdim. Deyirdim ki, təbiətdən belə yazmaq lazımdır. Bir neçə dəfə bizim Buynuza gəzməyə gəlmişdi. Ədəbiyyat haqqında geniş söhbətlərimiz olurdu. Dağlara, meşəyə gəzməyə çıxırdıq. O zaman mən İlyasın Tapdığın təbiətə vurğunluğunun bir daha şahid oldum. O təbiətin qoynunda hər şeyə diqqətlə baxır, elə bil nəyisə axtarırdı... İlyas Tapdıq Azərbaycan ədəbiyyatında ləyaqətlə xidmət edib. Allah ona qəni-qəni rəhmət eləsin”.

İlk kitabının pulu

Pedaqoji İnstitutun ikinci kursunda oxuyanda "Kəndimizin çobanı" adlı ilk şeirlər kitabı çap olunub. Bu, ilk böyük uğuru idi. İkinci kitabı rusca olub. İlk kitabına ona çoxlu qonorar veriblər. Həmin pula tələbə İlyas qardaşına ev tikdirib.


Sevgi "Gözlər"i

Özünün danışdıqlarından çıxardığım nəticə bu olub ki, İlyas müəllim gəncliyində elə də sakit cavan olmayıb. Bir özünüz düşünün, boylu-buxunlu cavan, istedadlı şair, yaxşı iş yeri. İlyas müəllim də gözəllərə şeirlər yazırmış. Hətta bir dəfə istədiyi qızın adını şeirdə misraların birinci hərfi kimi yazıb və qəzetdə çap etdirib. Məsələ faş olub və onu Yazıçılar İttifaqına üzvilikdən azad etmək istəyiblər. Xalq şairi Rəsul Rza onun qanının arasına girib. İttifaqın birinci katibi Xalq yazıçısı Mehdi Hüseyn iclası keçirməyə hazırlaşdığı vaxtda Rəsul Rza onun otağına girib və soruşub ki, gündəlikdə duran məsələ nədir? Mehdi Hüseyn məsələni açıb deyib. Rəsul müəllim də gülərək deyib ki, bu oğlan yenə baş hərflərlə yazıb, çoxu elə şeirin əvvəlində yazır ki, filankəsə. Deməli, İlyas abırlı adamdır, belə işə görə ona ciddi cəza vermək düzgün olmaz. Mehdi Hüseyn də fikrindən daşınıb və məsələ bitib.

Xalqdan bəhrələnənşair

İlyas Tapdıq sadə kəndli övladı idi.Bu sadəlik təkcə onun şeirlərində deyil, insanlara münasibətində də görünürdü. Altmış illik şəhər həyatı da onu "şəhərli oğlan” edə bilmədi. Gədəbəy dağlarının təmiz havası ömrünün sonuna qədər onu və şeirlərini tərk etmədi. Sinəsindən saz düşmədi. Hətta şeirləri də saz havasının ritminə uyğun yazıldı.
Görkəmli rus yazıçısı M.Pirilijayeva "Detskaya literatura” jurnalında "Salam, İlyas Tapdıq” adlı məqaləsində qeyd edir ki, Azərbaycan uşaqları ona görə xoşbəxtdir ki, onların İlyas Tapdıq kimi gözəl şairləri var.
Bu gözəllik nədədir? İlyas Tapdıq hər şeydən əvvəl güclü müşahidə qabiliyyətinə malik olan bir sənətkardır. Hamı gördüyü kimi bir lövhəni İlyas Tapdıq heç kəsin görə bilməyəcəyi bir mənzərəyə çevirməyi bacarır.
Nənənin evində gəbə var,
Gəbənin üstündə dəvə var,
Dəvənin belində təpə var,
Təpənin üstündə nəvə var...
Təkcə bu bənd bitkin bir şey ola bilərdi. Lakin şair hər misranın məntiqi davamını kəşf edir. "Nənənin evində gəbə var, Gəbənin üstündə dəvə var” bu misraların məntiqi davamı kimi şeirdə oxuyuruq: "Dəvənin yunundan toxunar gəbələr”. Yalnız bu misradan sonra uşağa aydın olur ki, dəvələri əzizləyib, gəbənin üstündə şəklini niyə çəkiblər. Çünki dəvənin yunu olmasaydı, gəbələr də toxunmazdı. Dəvələrin belindəki təpələr, həmin təpələrin üstündə oynayan nəvələrinin xoşbəxtliyinin də səbəbi həmin dəvələr və gəbələri toxuyan nənələrdir.
İ.Tapdıq xalq ədəbiyyatından yaradıcılıqla bəhərlənən bir söz ustasıdır.Xalqın yanıltmaclarının uşaq üçün nə qədər sevimli olduğunu hamı bilir.Çünki bu janr səslərin, sözlərin yaratdığı alliterasiyaya əsaslanır və belə əsərlər oyun xarakterli olduğuna görə balacaların çox xoşuna gəlir. İ.Tapdığın yaratdığı bir silsilə şeir, xalqın həmin ənənələrinə əsaslanan gözəl nümunələridir.
Keçidi
Keçdi
Keçim.
Gərək indi mən keçim
Keçim
Keçib
Keçini
Keçim.
Ümumiyyətlə, xalqdan yaradıcı bəhrələnən İ.Tapdığın alliterasiyaya əsasən "Bildirçin” şeiri uşaq poeziyamızın nadir nümunələrindəndir. Bu şeirdə "bildirçin”, "bildir-bildir”, "çildir” və s. kimi sözlər bir süjet ətrafında məharətli birləşdirilib. Şeiri oxuyan hər bir uşaq ona yenidən qayıtmaq istəyir.

Tərcümələri və tərcüməçiləri

İlyas Tapdıq dünya uşaq ədəbiyyatının balalarımıza çatdırılmasında tərcüməçi kimi böyük əmək sərf edib. Əmək fəaliyyəti daha çox nəşriyyatlarala bağlı olan şair minə yaxın kitabın redaktoru olub. İlyas müəllim gözəl tərcüməçi idi. Onun müxtəlif illərdə rus və türkmən dillərindən etdiyi tərcümələri (Litva xalq şerindən "İki xoruz", V.Suteyev "Miyo eləyən kim idi?", M.Zoşşenko- "Kələkbazlar və ağıllılar", E.Mejelaytis- "Dovşan-oğlan", V.Berestov- "Səhər laylası", İ.Pivovarova "Axşam və səhər", K.Tanrıkuliyev "Kəpənək", "Tovuz quşu" və digər) elə rəvan və aydın səslənir ki, sanki həmin şeirlər elə Azərbaycan dilində qələmə alınıb. Həmin əsərlərin hamısı kitab halında nəşr edilib.
Şairin özünün əsərləri Rusiyada böyük tirajla kitablarım çap olunub. Bu işdə tərcüməçi Alla Axundovanın xidmətləri böyük rolu olub. Bununla yanaşı, şairin əsərləritürk, qırğız, türkmən, eston, latış, polyak, çex və digər dillərəçevrilib.

İlyas Tapdıqdan öyrənmək

Şair Qəşəm İsabəyli İlyas müəllimin 80 illiyi ərəfəsində "Ədəbi imzalar bolluğunda ədəbi sima – İlyas Tapdıq" adlı bir yazı yazmışdı. O, ustadın ikicə ( "Dəvələr"."Bildirşin") şeirini incələyərək fikrini belə yekunlaşdırmışdı: "İşlətdiyi sözün məsuliyyətini duymağı biz İlyas Tapdıqdan öyrənməliyik. O, heç bir sözə başdansovdu yanaşmır. O söz ki, onun yeri misrada hardadırsa, ustad həmin sözü öz yerinə də qoyur ki, söz, ifadə urvatsız olmasın. Əlbəttə, bu sadəcə söz seçimi deyil, həm də istedad məsələsidir. Bu şeirləri götür-qoy ən korafəhim uşağın qabağına, de ki, burda ifadə olunan fikirlərin rəsmini çək.
Bu gün uşaq ədəbiyyatının qarşısına qoyulan vacib vəzifə - düşündürücü, təfəkkürə sirayət edən əsərlər yazmaq tələbini, demə, şair İlyas Tapdıq 40 il bundan qabaq yerinə yetiribmiş. Ən çox Müşfiqin adına yaraşıq "üçlük"lərin ahəngi duyulan bu şeirlər hər zaman təzədi, orijinaldı, dəbdən düşməzdi."


Payız çağı

Qazaxdan qayıdırdıq. Söhbətimiz də elə hər mənada payız üstündə köklənmişdi. İlyas müəllim keçmişin alatoranında qalan, xatirəyə dönən ömür yolundan danışırdı. O, birdən özünün qələmindən çıxan bu misraları söylədi:

Yağış göydə qalmaz, ah yerdə, gülüm,
Bir həsrətə neçə kərə bükülüm?
Bəlkə daha xəzəl olub tökülüm?
Bir də gördüm payız kəsib qapımı...

İkimizi bir dözümdə görmədim,
Səhv elədim, bir sözümdə bilmədim,
Mən İlyasam, heç özüm də bilmədim,
Bir də gördüm payız kəsib qapımı...

Mənə elə gəlirdi ki, bu misralar İlyas müəllimin ömür etiraflarının şeirə dönmüş bir parçasıdı. Payız axı insanın ahıl çağına uyğun gəlir. Yəni, həyatın boyu işləyirsən, çalışırsan, sevirsən, sevilirsən, amma zaman öz axarında davam edir və bir də görürsən ki, qocalıq qapının kandarını kəsib...

Bu ayrılıq üzdü onu...

Əvvəl həyat yoldaşı Münəvvər xanım (2012-ci ildə) bu dünyadan köçdü. Xanımının ondan ayrılışıİlyas müəllimi yaman dəyişdi. Danışdıran kimi, deyirdi ki, elə bil ki, bədənimin yarısı yoxdu, yarı canlanecə yaşamaq olar? Bu ayrılıq bir müddət sonra onu yatağa saldı, xəstəlik ona güc gəldi. Ürək də vəfasız çıxdı... Kişi qısa müddətdə əridi. Arabir deyirdi ki, günəşi istəyirəm, yaz tez gəlməsə, yaza çətin çıxaram... Ürəyinə yaman damıbmış, elə dediyi kimi də oldu... 2016-cı il dekabrın 25-də dünyasını dəyişdi. Onu Badamdar qəbiristanlığında dəfn etdilər...
Bir neçə gün əvvəl İlyas müəllimin məzarını ziyarətə getmişdik. Şair, tərcüməçi və professor Zahid Xəlil qəbir daşının üstünə yazılmış "...anamın boynuma dolanan qolu, yuxumun laylası...." misralarını oxuyub fikrə getdi və sonra astaca dedi ki, İlyas müəllim, kaş səni Gədəbəydə, gözəl təbiətin qoynunda, el-obanın gözü qabağında basdıraydılar...
Çağdaş ədəbiyyatımızın zənginləşməsində böyük xidmətləri olan şair İlyas Tapdığın 85 yaşı tamam olur.Qüdrətli qələm sahibləri Səməd Vurğun, Mir Cəlal, Süleyman Rüstəm, Osman Sarıvəlli, Məmməd Araz, Hüseyn Arif və rus yazıçıları Sergey Mixalkov, Valentin Berestov və başqaları İlyas Tapdıq yaradıcılığını yüksək qiymətləndiriblər. Xalq şairi Məmməd Araz onun yaradıcılığına həsr etdiyi "Ustad haqqı qazanmış şair" məqaləsində yazıb: "İlyas Tapdığın uşaq ədəbiyyatımızın inkişafında və zənginləşməsində xüsusi və şərəfli zəhmətini görməmək, onu qiymətləndirməmək son dərəcə insafsızlıq olardı. Yüzlərlə maraqlı uşaq şeirlərinin, onlarca mənzum nağıl və poema müəllifi İlyas Tapdıq əllinci illərdən bu günədək şeirləri uşaqların dilinin əzbəri olan şairdir".
Bəli, İlyas Tapdıq həm uşaqlarımızın, həm də xalqın şairi idi...

Səməd Məlikzadə

banner

Oxşar Xəbərlər