AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Korrupsiyanın sistemli şəkil aldığı ölkə - Ermənistan

Korrupsiyanın sistemli şəkil aldığı ölkə - Ermənistan

Siyasət
06 İyul 2020, 17:44 409
"Baş nazirliyi müddətində Paşinyan bir dənə də olsun məntiqli antikorrupsiya islahatı həyata keçirə bilməyib”

Ermənistan baş naziri Nikol Paşinyanın və rəhbərlik etdiyi hökumətin korrupsiyaya qarşı mübarizəsi sonu bitməyən və əsas antaqonistlərin hər yeni mövsümdə dəyişdiyi siyasi serialı xatırladır. Rusiyanın "Vestnik Kafkaza” nəşrində dərc olunan məqalə bu sözlərlə başlayır. Erməni müəllif yazır ki, Ermənistanda sistemli korrupsiyanın olduğunu baş nazir özü də təsdiqləyir. Stabil olaraq hər altı aydan bir hökumətin geniş tərkibli iclasında hüquq-mühafizə orqanlarını sərt tənqid edir, antikorrupsiya işlərinin gedişindən narazılığını ifadə edir. Baş nazir dayanmadan yeni-yeni strategiyaları anons etməkdə davam edir, rüşvətxorluğa qarşı kompromissiz mübarizədən, yeni institusional strukturlardan danışır. Ermənistanda korrupsiya özünü daha çox polis, təhsil sahəsində, dövlət satınlamaları və tenderlərin təşkilində göstərir. Daxili işlər orqanları müəyyən haqq müqabilində cinayətkarlara "krışalıq” edə, xüsusən də qanunverici və icra hakimiyyəti ilə bağlı əməkdaşlıq telləri qura bilərlər. Paşinyan da korrupsiyanın gizli problemləri barədə danışanda məhz buna işarə edir. Bütün bunların dərhal həll etməyin mümkünsüzlüyünə də eyham vurur. Baş nazirin qənaətincə, hüquq-mühafizə orqanları əməkdaşlarının bu cür fəaliyyəti səbəbindən, korrupsionerləri bir qismi ölkəni tərk etməyə, digərləri isə sübutları məhv etməyə müvəffəq olur. Təhsil sahəsində rüşvət erməni cəmiyyətində "yumşaq korrupsiya” hesab edilir. O ki qaldı dövlət satınalmaları və tenderlərin təşkilinə, bu, erməni iqtisadiyyatının xroniki problemini – bütün sferalar üçün xarakterik olan defisiti üzə çıxarır. Ermənistanda resurs və vasitə çatmır. Ölkənin investisiya cəlbediciliyi yüksək səviyyədə korrupsiyalaşma səbəbindən əvvəlkitək aşağıdır. Dövlət büdcəsi hesabına varlanmaq istəyənlər sırasında biznesmenlər birinci sırada dururlar. Buna əlavə olaraq, Ermənistanın Azərbaycanla münaqişəsi var. Ölkə rəhbərliyi isə bu münaqişəni həll etməyə can atmır, bəhanəsi də odur ki, özü üçün bir sıra prinsipial məsələləri həll etməlidir. Nikol Paşinyanın siyasi arqumentasiyası korrupsiyanın bütün hallarının inkar edilməsini formalaşdırmaqdan keçir. Paşinyanın qənaətincə,  insanlarla işləmək, kadr və sosial siyasət aparmaq gərəkdir. O ki qaldı ictimaiyyətə, o, özünüanalizlə məşğul olmalı və gündəlik həyatında hər şeyi rüşvətlə həll etməkdən qaçmalıdır. Paşinyan öz siyasətində sosial mühiti nəzərə almır. O əmindir ki, erməni rüşvətxorluğunun təbiəti şəffafdır və korrupsionerlərin şəxsi keyfiyyətləri ilə bağlıdır. Paşinyanın aləmində korrupsiya ilə mübarizə həbslər və iri cinayət işləridir- bunların ardınca isə kadr dəyişiklikləri həyata keçirilir. Bu səbəbdən də ictimaiyyət daha çox Paşinyanın inqilabına şəxslərin dəyişməsi kontekstində baxır. Nəticədə korrupsiyaya qarşı real mübarizədə Paşinyan onu öz proteksiyası altına alır, nümayişkənarə şəkildə ona sərf etməyən şəxsləri uzaqlaşdırır, ətrafında yalnız ona loyal şəxsləri saxlayır. Özünün baş nazirliyi müddətində Paşinyan bir dənə də olsun ağıllı antikorrupsiya islahatı həyata keçirə bilməyib. Əvəzində Ermənistanda daha çox siaysətçilərin və yüksık çinli hüquq-ühafizə orqanları əməkdaşlarının satqınlığı barədə ittihamlar səslənməyə başlayıb. Paşinyan heç bir zaman dəqiqləşdirmə aparmaq istəmir ki, siyasi "kontrcasuslar” onu, onun inqilabının ideyalarını və yaxud onun görmək istədiyi Ermənistanı satır. Paşinyanın inqilabının sonu yoxdur, buna müvafiq olaraq da onun korrupsiyaya mübarizəsinin də sonu görünmür. O sonsuz sayda insanı işdən qova və yenisini təyin edə bilər- lakin heç nə dəyişməyəcək. Baş nazirə xüsusi sadiqlik – korrupsiyanın sonuna gətirib çıxarmayacaq, şəxsi ədavət haqq-hesabı aparmaq isə yenidən formalaşmasına baş nazirin bütün komandasının cəlb edildiyi hüquq-mühafizə, məhkəmə orqanları arasında rüşvətxorluğu daha da gücləndirəcək. O iddia edir ki, korrupsiya ilə genetik cəhətdən birgə fəaliyyət göstərə, yaşaya bilməz. Bununla da Paşinyan cəmiyyəti özünə güldürməkdə davam edəcək. Erməni cəmiyyətində belə bir fikir var ki, Nikol ilk gündən özünü korrupsiya ilə mübarizə məsələsində Gürçüstanın keçmiş prezidenti  Mixail Saakaşviliyə bənzətməyə çalışırdı. Düzdür, ilk günlərdə və aylarda buna qismən müvəffəq oldu da. Lakin proseslərin sonrakı gedişi göstərdi ki, Nikol elə əvvəlki rüşvətxor-korrupsioner rejimin davamçısıdır.  Cah-cəllalı həyat tərzi, ailə üzvlərinin korrupsiya girdabında üzməsi bütün bu deyilənləri bir daha sübut etdi. Hətta Rusiya nəşrləri onun xanım Anna Akopyanın korrupsiya əməlləri barədə geniş məqalə də dərc etmişdilər. İndi də baş nazirin əsas fəaliyyəti durmadan aşağı düşən reytinqinin qaldırılmasına yönəlib. Ermənistanın "Politekonomia” tədqiqat institutunun rəhbəri Andranik Tevanyanın ifadə etdiyi kimi, Nikol Paşinyan erməni cəmiyyətini son hüceyrəyə qədər parçalamağa müvəffəq olub. Ekspertin qənaətincə, indi də Nikol cəmiyyətdə ikitirəlik yaratmağa çalışır. Və indi də insanların rusyönümlülər və rusyönümlü olmayanların bölünməsinə başlayıb. Onun qənaətincə, bunların qiymətini dövlətin itirilməsi şəklində ödəyə bilərlər. Daxili siyasi mübarizəni xarici oriyentasiyalar sahəsinə aparmaq ölkəmiz üçün hədsiz dərəcədə təhlükəlidir”, - deyə ekspert qeyd edib.
 
Azər NURİYEV