AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Koronavirusla mübarizə ilə əlaqədar Azərbaycandan sentyabrın 1-dək aparılması qadağan edilən malların siyahısı təsdiqlənib

Koronavirusla mübarizə ilə əlaqədar Azərbaycandan sentyabrın 1-dək aparılması qadağan edilən malların siyahısı təsdiqlənib

Siyasət
30 İyun 2020, 20:41 276
Sentyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların siyahısı təsdiqlənib.
APA-nın məlumatına görə,  Nazirlər Kabineti bununla bağlı "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarına dəyişiklik edib.
Siyahıya aşağıdakı mallar daxildir:
- Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti
- Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar
- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan
- Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan
- Əczaçılıq məhsulları (pərakəndə satış üçünformalarda və ya qablaşmalara qablaşdırılmayan tənzif və tənzif məmulatları)
- Dezinfeksiyaedici vasitələr
- Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər
- Baxillər
- Steril və qeyri-steril əlcəklər
- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi
personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların)
istehsalında istifadə olunan parçalar
- Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)
- Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorlar, tibbi
personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar)
- Tibbi personalın istifadəsi üçün hermetic qoruyucu eynəklər
- Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik
tənəffüs aparatı
- İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər.