• cümə axşamı, 25 aprel, 19:56
  • Baku Bakı 21°C

Kənan Doğulu sevgilisi Beren Saatla Bakıya gəlir

08.11.13 10:50 2075
Kənan Doğulu sevgilisi Beren Saatla Bakıya gəlir
Türkiyənin populyar müğənnisi Kenan Doğulu Bakıya təşrif buyuracaq. O, burada konsert verəcək.
Çıxışlarında hər zaman canlı ifaya üstünlük verən türk pop musiqisinin sevilən ifaçısı Kənan Doğulu artıq dördüncü dəfə şəhərimizin qonağı olacaq. Dekabrın 7-də Heydər Əliyev Sarayında baş tutacaq konsert proqramında tamaşaçılar ifaçının ən sevilən mahnılarından zövq alacaqlar.
Konsertin təşkilatçısı Səlahəddin Atalay Milli.Az-a açıqlamasında bildirib ki, konsert canlı keçəcək. Elə konsertin adı da belədir - "Canlı performans".
Müğənnini qardaşı Ozan Doğulunun başçılığı ilə 27 nəfərlik musiqiçi qrupu müşayiət edəcək.
"Canlı performans"ı Bakıda müğənninin sevgilisi, məşhur aktrisa Beren Saatın da izləyəcəyi deyilir.
20 il ərzində zirvədən heç enməyən sənətçinin adı ən çox albomu satılan pop sənətçilərdən biri kimi qeyd edilir. Müğənni "Yaparım bilirsin", "Sımsıkı sıkı sıkı", "Ben senin hərşeyinim", "Festival", "Patron", "Aşka türlü şeyler" və s. albomların müəllifidir.
Kenan "Aşka türlü şeyler" adlı son albomu ilə ilk dəfə xarici konsert proqramı olaraq məhz Bakı tamaşaçısı qarşısına çıxacaq.
Konsertin təşkilatçısı Səlahəddin Atalay tərəfindən yaradılan *SA ORGANIZATION* artıq 15 ildir ki, öz fəaliyyəti ilə adı haqqında kifayət qədər təsəvvür yarada bilib. Şirkət bu illər ərzində istər ölkə daxilində, istərsə də ölkədən kənarda bir sıra iri konsert layihələrini reallaşdırmağa müvəffəq olub. Şirkət Rusiya, Qazaxıstan, Ukrayna və bir çox ölkələrdə tanınmış ulduzların unudulmaz konsert proqramlarını təşkil edib.
Ölkəmizdə bu işin təməlini qoyan şirkət kimi "SA Organization" işinə mükəmməl və peşəkarcasına yanaşaraq indiyə kimi tanınmış ifaçılardan İbrahim Tatlısəs (Bakı, Sankt-Peterburq), Sibel Can, Nez, Rafet El Roman (Bakı, Moskva), Kayahan, Mustafa Sandal (Bakı, Almatı), Nilüfər, Alişan, məşhur rəqs qruplarından olan "Anadolu atəşi", "Şaman", "Tararam", həmçinin A studio, Ruslana (Bakı, Gəncə, Antaliya, Kipr), Buranovskie Babuşki, Viaqra, Devid Vendetta və s. kimi bir çox məşhurların konsert layihələrinə imza atıb.
banner

Oxşar Xəbərlər