AZE | RUS | ENG |


Kafkadan evliliklə bağlı 6 fikir

Kafkadan evliliklə bağlı 6 fikir
Eyni qadınla iki dəfə evliliyin kandarına gəlib, dörd dəfə nişanlanıb, ayrılmış və özünü "çirkin”, "adi” hesab etdiyi üçün heç vaxt ailə qurmamış insandır Franz Kafka. Eşqlə, qadınlarla münasibəti məktublar vasitəsilə olub. Bununla yanaşı, gündəliyində heç yaşamadığı və cəsarət edə bilmədiyi evlilik haqqında geniş bir yazı yazmaqdan da çəkinməyib. "Evliliyin lazımlılığını sübut edən və ona qarşı mübarizələrin uğursuzluq səbəbi” sərlövhəli yazıda ədib evliliklə bağlı 6 maddə sıralayıb. Yazıdan hissələri təqdim edirik:
1.  Həyata təkbaşına sinə gərmək bacarıqsızlığını ört basdır etməkdir, bu qətiyyən təkbaşına yaşaya bilməmək demək deyil. Başqası ilə yaşaya bilməkdəki bacarıqsızlıq da burada rol oynayır. Amma məncə, mən həyatın amansız hücumlarını, bədənimin ehtiyaclarını, zamanın və yaşlılığın qorxulu tərəflərini, yazmaq istəyimin yerli-yersiz təzyiqini, yuxusuzluq və dəliliyin yaxınlarımda hazır gözləməsinin öhdəsindən təkbaşına gələ bilmərəm. Amma təbii ki, bu iddianın qarşısına mütləq "bəlkə də” əlavə edirəm. F. ilə münasibətim varlığımın mübarizə əzmini artıracaq.
2.  Nəyi ilk dəfə görür və eşidirəmsə, ilk bir neçə saniyə ərzində düşünürəm. Məsələn, satirik jurnaldakı hər zarafata, Flobertlə bağlı yadıma ilk dəfə düşən xatirəyə, anamla-atamın yatağının üzərinə qoyulmuş gecə paltarlarının duruşuna, Maksın evliliyinə - hər şeyə eyni cür reaksiya verirəm. Dünən bacım belə bir fikir dedi: "Bütün bu evlilərin (tanıdıqlarımızdan söhbət gedir) hamısı xoşbəxtdir, bunu heç cür başa düşə bilmirəm”. Bu düşüncə tərzi, məni əvvəlkilərdən daha çox düşündürdü, yenə qorxmağa başladım deyəsən.
3.  Mümkün olduqca çox tək qalmalıyam, əldə etdiyim nə varsa, yalnızlığımın mükafatıdır.
4.  Yazı ilə bağlı olmayan hər şeydən nifrət edirəm, uzun söhbətlər məni bezdirir. Yaxınlarımın dərdləri, sevincləri mənə bayağı görünür. Məncə, evlilik düşündüyüm hər şeyin əhəmiyyətliliyini, həqiqiliyini yox edəcək.
5.  Münasibət qorxusu, səmimi bağların yaranmasının həyəcanı, məncə, belə olsa, bunları düşünə-düşünə yalnız qalmaram.
6.  Bacılarım yanımda olan sərgilədiyim xarakter keyfiyyətlərimlə, başqaları ilə münasibətdəki davranışlarım tamamilə fərqlidir. Bir də ancaq yazanda bacılarımın yanında olduğum kimi oluram. Bilmirəm xanımımın yanında necə olaram. Amma bir qorxu var – bu yaradıcılığımın bədəli olar. Yox, yox, buna icazə verə bilmərəm!


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008