• cümə, 26 Aprel, 15:12
  • Baku Bakı 23°C

“Jara 2020” Beynəlxalq Musiqi Festivalının tarixi açıqlanıb

07.10.19 14:30 682
“Jara 2020” Beynəlxalq Musiqi Festivalının tarixi açıqlanıb
"Jara 2020” Beynəlxalq Musiqi Festivalının tarixi və proqramın detalları açıqlanıb.
AZƏRTACxəbər verir ki, gələn il festival iyulun 29-dan avqustun 2-dək keçiriləcək.
"Jara 2020” festivalının konsepsiyasını açıqlamaqdan məmnunuq. Beş gün ərzində hər zövqə görə 5 unudulmaz proqram təqdim ediləcək. Belə ki, iyulun 29-da festivalın qala konserti olacaq. İyulun 30-da 2000-ci illərin ulduzları çıxış edəcək, həmçinin Rusiya müğənnisi Filip Kirkorovun yaradıcılıq gecəsi keçiriləcək. İyulun 31-də ötən əsrin 90-cı illərinin hitləri səsləndiriləcək və Dima Malikovun yaradıcılıq gecəsi olacaq.
Dördüncü gündə isə dünyanın hər yerindən populyar ulduzların çıxışı gözlənilir. Festivalın bağlanışı avqustun 2-nə planlaşıdırılır”, - deyə festivalın təşkilatçıları bildiriblər.
Qeyd edək ki, festival ənənəvi olaraq Bakıda, "Sea Breeze” istirahət zonasında keçirilir.
banner

Oxşar Xəbərlər