İngiltərədən qovuldu, Almaniyaya gedəcək
"Tottenhem”dən
istefaya göndərilən Mourisio Poçettino karyerasını Almaniyada davam etdirə bilər.
Kaspi.az xəbər
verir ki, Poçettino ilə "Bavariya” maraqlanır. "Bild” nəşrinin iddiasına görə,
artıq tərəflər arasında razılıq əldə edilib.
Mourisio
"Bavariya”ya gələn ilin yayından başçılıq edəcək. Onun alman dilini öyrənməyə
başladığı da bildirilir.
Mövsümün sonuna
qədər "Bavariya”ya Hans-Diter Flik başçılıq edəcək.