• cümə, 19 Aprel, 12:45
  • Baku Bakı 25°C

Çində yanacağın satış qiyməti bahalaşıb

04.09.19 14:15 1174
Çində yanacağın satış qiyməti bahalaşıb
Dünya bazarında xam neftin qiymətinin yüksəlməsi Çində yanacağın satış qiymətinin bahalanmasına səbəb olub.
AZƏRTACxəbər verir ki, Çin Milli İnkişaf və İslahat Komissiyasının qərarına əsasən, benzinin və dizel yanacağının hər tonunun qiyməti müvafiq olaraq 115 yuan (16,22 ABŞ dolları) və 105 yuan (14,8 dollar) artırılıb.
Komissiya ölkənin 3 böyük neft şirkəti olan "Sinopec", "PetroChina" və CNOOC-dan yanacağın topdan və pərakəndə satış qiymətlərinin yeni qərara uyğunlaşdırılmasını xahiş edib.
Qeyd edək ki, Çində qüvvədə olan qiymət mexanizminə əsasən, dünya bazarında neftin qiyməti hər ton üçün 50 yuandan yuxarı həddə qalxarsa və bu qiymət 10 iş günü ərzində qüvvədə olarsa, Çin hökuməti neft məhsullarının satış qiymətini də müvafiq qaydada artırır.
banner

Oxşar Xəbərlər