“İlqar Aliyev Models Fashion Night - 2019” moda gecəsi baş tutub
"Kaspi.az” xəbər verir ki, 3-cü ildir keçirilən gecədə şou və model
dünyasının tanınmış simaları, müğənnilər, aktyorlar, fotoqraflar, rejissorlar,
stilistlər, modellər və media nümayəndələri iştirak edib. Möhtəşəm gecənin
aparıcılığı Şəhriyar Əbilov və Cavid Gülə həvalə olunub. İlk olaraq səhnəyə Şəhriyar
Əbilov çıxaraq qonaqları salamlayıb. Daha sonra o sözü İ.Əliyevə verib.
Qonaqları salamlayan model məktəbin fəaliyyətindən danışıb: "Biz
məktəbimizdə yeni aktyorlar və modellər yetişdiririk. Model məktəbi əslində
təkcə model olmaq istəyənlər üçün deyil. Həm də yerişinə, duruşuna, geyiminə
fikir verənlər, mimikalarından düzgün, yerində istifadə etmək istəyənlər, bir
sözlə baxımlı, zövqlü olmaq istəyənlərin məktəbidir. Biz istəyirik ki, hər kəs
gözəl görünsün, gözəl danışsın. Məktəbimizə qəbul başlayır. Qəbul avqust ayının
sonundan etibarən aparılacaq”.
Gecədə müğənnilər Yaşar Yusub, Xəyal Rzazadə, Dilara səhnəyə çıxaraq
mahnılarını ifa ediblər. DJ-lər Çina, Fanur, Gulmira öz şouları ilə qonaqlara
əyləncəli anlar yaşadıblar. Gecədə diqqət çəkən məqam isə tanınmışların əsasən
ağ geyimlərə üstünlük verməsi olub. Tədbirdə model məktəbinin 4 aylıq kursunu
bitirən 5 yaşdan yuxarı 40-a yaxın tələbə podiuma çıxaraq öz məharətini
göstərib. Sonda tələbələrə diplom təqdim olunub.