• şənbə, 11 May, 06:21
  • Baku Bakı 12°C

İlham Əliyev Qəbələdə Türkiyə və Qırğız respublikasının prezidentləri ilə görüşüb

15.08.13 18:50 2406
İlham Əliyev Qəbələdə Türkiyə və Qırğız respublikasının prezidentləri ilə görüşüb
Avqustun 15-də Qəbələdəki prezident iqamətgahında Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Abdullah Gülün görüşü olub. Görüşdə Qəbələdə keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə toplantısının əhəmiyyətindən danışılıb.
Bu tədbirin dost və qardaş ölkələr olan türkdilli dövlətlərin siyasi, iqtisadi, humanitar və digər sahələrdə ikitərəfli və çoxtərəfli əməkdaşlığına töhfə verəcəyi bildirilib. Prezidentlər Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin, o cümlədən enerji sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyətin müzakirə edildiyi görüşdə bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Həmin gün Qəbələdəki prezident iqamətgahında İlham Əliyevin və ölkəmizdə səfərdə olan Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin görüşü olub. G III Zirvə toplantısının əhəmiyyəti vurğulanıb, bu tədbirin ölkələr arasında siyasi, iqtisadi, humanitar, mədəni sahələrdə əməkdaşlığa təkan verəcəyi qeyd olunub.
Azərbaycanla Qırğız Respublikası arasında ikitərəfli əlaqələrin inkişafının vurğulandığı görüşdə nəqliyyat sahəsində əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib. Söhbət zamanı müxtəlif sahələrə dair geniş fikir mübadiləsi aparılıb.

banner

Oxşar Xəbərlər