• şənbə, 20 Aprel, 17:31
  • Baku Bakı 23°C

İlham Əliyev: Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq

30.07.20 20:53 782
İlham Əliyev: Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə “ASAN xidmət” mərkəzləri yaradacağıq
Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə "ASAN xidmət” mərkəzləri yaradacağıq.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Balakən regional "ASAN xidmət” mərkəzi ilə tanışlıqdan sonra ASAN könüllüləri ilə görüşündə çıxışı zamanı deyib.
Dövlət başçısı bildirib:
"Əgər Ermənistanın baş naziri deyirsə ki, "Dağlıq Qarabağ Ermənistandır”, əgər deyirsə ki, "biz qondarma "Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmaq istəyirik”, deməli o, danışıqları məhv edir. Mən 7 şərtin qarşısına bir şərt qoyuram, bir şərt - erməni silahlı qüvvələri işğal edilmiş bütün torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıtmalıdırlar! Budur, mənim şərtim və məsləhət görürəm ki, onlar bu şərti qəbul etsinlər.
Biz öz doğma torpaqlarımıza qayıdacağıq və bu gün işğal altında olan şəhərlərimizdə "ASAN xidmət” mərkəzləri yaradacağıq. Bu mərkəzlərdə bizim gənclərimiz çalışacaqlar. Erməni vandalları tərəfindən dağıdılmış şəhərlərimizi, tarixi, dini abidələrimizi bərpa edəcəyik və öz torpağımızda yaşayacağıq. Başqa ölkələrin torpağında bizim gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik".
banner

Oxşar Xəbərlər