
İdman dünyası yas içində
İdman
27 Yanvar 2020, 11:13
1223
Əfsanəvi
basketbolçu Kobi Brayant faciəli şəkildə həlak olub.
Kaspi.az xəbər
verir ki, Brayantın şəxsi vertolyotu qəzaya uğrayıb. Hadisə Kaliforniyanın Kalabasas şəhərində baş verib.
Basketbolçudan savayı vertolyotda daha 3 nəfər və Kobinin 13 yaşlı qızı da
olub. Onların hamısı həlak olub.
Qəzanın səbəbləri
barədə rəsmi məlumat yoxdur. Amma ilkin ehtimal budur ki, vertolyotun bortunda
qəflətən yanğın baş verib.
Brayant 5 qat
MBA çempionudur. O, bütün karyerasını
"Los-Anceles Leykers”də keçirib.
Əfsanəvi
basketbolçunun ölümü bütün dünyada kədərlə qəbul olunub. Məşhur idmançılar,
siyasi xadimlər, dövlət başçıları Kobinin ölümü ilə bağlı kədərlərini ifadə
edirlər.
ABŞ prezidenti Donald Tramp: "Bildirilir ki, böyük basketbolçu Kobe Bryant və
daha üç nəfər Kaliforniyada vertolyot qəzasında həlak olub. Bu kabus xəbər...”.
Əfsanəvi basketbolçu Şakil Onil: "Ağırımı ifadə etmək üçün söz tapa bilmirəm. Mən
sizi sevirəm və darıxacağam. Yas içindəyəm”.
Rusiyalı basketbolçu Andrey Kirilenko: "Bu xəbərə inanmaqdan imtina edirəm. Kobi Brayant
həmişə olacaq”.
"Zenit”in futbolçusu Artyom Dzyuba: "Mənim sevimli basketbolçum. Əfsanə. İnanmaq istəmirəm.
Həmişə yaddaşımda qalacaqsan”.
Françesko Totti: "Səni tanımaq mənim üçün şərəf idi. Meydanda və
ondan kənarda çempion! Rahat yat”.
İker Kasilysa: "Bu nə kabus idi. Dəhşət içindəyəm. Bütün dövrlərin
ən yaxşı oyunçularından biri. Söz tapa bilmirəm. Mənim başsağlığımı qəbul edin.
Bütün idman dünyası yas tutur”.
Kobinin azarkeşlik etdiyi "Milan” futbol klubu: "Xəbərdən şoka düşmüşük. Tarixin ən böyük
basketbolçularından biri və "Milan”ın azarkeşi. Kobi, səni unutmayacağıq”.
Useyn Bolt: "Hələ də inana bilmirəm”.
Castin Qetlin: "Biz elə indicə səninlə danışmışdıq, böyük
qardaş. Mən söz tapa bilmirəm”.
PSJ-nin futbolçusu Neymar "Lill”ə qarşılaşmada vurduğu qol Kobiyə həsr edib.
Böyük ehtimalla futbolçu qarşılaşmanın fasiləsində faciədən xəbər tutub. O,
52-ci dəqiqədə qol vurduqdan sonra kamreaya yaxınlaşaraq barmaqları ilə 24 rəqəmini
göstərib. Brayant 24 nömrəli forma ilə oynayıb.
Digər xəbərlər