İçərişəhərdə “Azərbaycan mənzərələri” adlı fotosərgi açılıb

İçərişəhərdə “Azərbaycan mənzərələri” adlı fotosərgi açılıb

Mədəniyyət
10 Oktyabr 2019, 13:00 241
Oktyabrın 9-da "Art Tover” rəsm qalereyasında fotoqraf Aleksandr Karyaginin "Azərbaycan mənzərələri” adlı fotosərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi "Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatı və "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə reallaşıb.
Sərgi çərçivəsində "Art Tover” qalereyasında yeni fəaliyyətə başlayan fotoqrafiya məktəbinin rəsmi açılışı da olub.
Sərgidə nümayiş olunan fotolar Azərbaycanın gözəlliyini əks etdirir. Müxtəlif rayon və şəhərlərdə çəkilən fotolar, həmçinin ölkəmizi yaxından tanımağa imkan yaradır. Fotoqrafiya məktəbinin yaradılması foto sənətinə marağın artırılması, peşəkar fotoqrafların hazırlaması məqsədi daşıyır.
Sərgi oktyabrın 12-də ziyarətçilər üçün açıq qalacaq.