AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hülya Avşar xadimə, Pelin Akil isə fahişə oldu

Hülya Avşar xadimə, Pelin Akil isə fahişə oldu

Mədəniyyət
08 Noyabr 2013, 10:37 1458
Türkiyənin ən məşhur aktrisa və müğənnilərindən biri Hülya Avşar 31 illik aktrisalıq karyerasında ilk dəfə qısametrajlı filmə çəkilib.
Filmdə Hülya Avşar xadimə, tanınmış aktrisa Pelin Akil isə fahişə rolunu oynayır.

Milli.Az AHT-yə istinadən bildirir ki, Yeditepe Universitetinin radio, televiziya və kinematoqraf fakültəsinin tələbəsi Hüseyin Ekenin çəkdiyi "Ana" qısametrajlı filmində Hülya Avşar evlərdə xadiməlik edərək qazandığı pulla əqli və fiziki qüsurlu olan oğlunu saxlayır.

Xadimə ana oğlunu sevindirmək üçün bir fahişə ilə anlaşır, onu evə dəvət edir.
Filmin Yeditepe Universitetindəki təqdimatına Hülya Avşar qatıla bilməyib. Səbəb onun münsiflər heyətinin üzvü olduğu "Yetenek sizsiniz" şousunun çəkilişləri idi.