AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hikmət Hacıyev: Bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşı Azərbaycana gətirilib

Hikmət Hacıyev: Bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşı Azərbaycana gətirilib

Siyasət
08 Aprel 2020, 17:41 272
Xaricdə olan azərbaycanlıların gətirilməsi istiqamətində tədbirlər davam etdirilir. Bu günə qədər 15 min nəfərdən artıq Azərbaycan vətəndaşının dövlət hesabına, xüsusi çarter reysləri ilə Azərbaycana gətirilməsi təmin edilib.
Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın keçirdiyi brifinqdə deyib.
H.Hacıyev bildirib ki, xaricdən gətirilən Azərbaycan vətəndaşları xüsusi karantində yerləşdirilir.
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri orada olan azərbaycanlılarla təmasdadırlar.
PA rəsmisi vurğulayıb ki, xaricdə xüsusi ehtiyacı olan vətəndaşlarımıza diplomatik nümayəndəlilklər və aidiyyəti qurumlar dəstəklərini davam etdirirlər.