• çərşənbə axşamı, 19 mart, 10:54
  • Baku Bakı 8°C

Hikmət Hacıyev: “Beynəlxalq siyasətdə beynəlxalq hüququn aliliyi qorunmur”

27.01.21 15:20 446
Hikmət Hacıyev: “Beynəlxalq siyasətdə beynəlxalq hüququn aliliyi qorunmur”
"Bu gün regionda siyasət dəyişib. Beynəlxalq siyasətdə beynəlxalq hüququn aliliyi qorunmur”.
APA-nın məlumatına görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyənin Siyasət, İqtisadiyyat və Toplum Araşdırmaları Vəqfinin (SETA) birgə təşkilatçılığı ilə bu gün keçirilən "Azərbaycan-Türkiyə münasibətlərinin gələcək 10 ili” adlı vebinarda Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Prezidentin köməkçisi bildirib ki, dövlətlər arasında gərginlik və beynəlxalq hüququ pozan addımlar getdikcə artmaqdadır: "Bugünkü beynəlxalq münasibətlər 1929-30 illərdəki böhran şəraiti ilə müqayisə olunur. Bu gün beynəlxalq münasibətlərdə gərginlik müşahidə olunur. Ümid edirik ki, bu gərginliklər olmasın. Amma COVID-19-dan sonrakı mərhələdə gərginliklərin artması bizim coğrafiyamıza da təsir edə bilər. Qeyd edim ki, bizim coğrafiyamızda siyasəti dəyişməyə nail olduq. İşğala son qoyduq. Azərbaycan və Türkiyə münasibətləri regionun və Avropanın enerji təhlükəsizliyini təmin edir. Biz bunları bacardıq və daha irəli doğru baxmalıyıq”.

banner

Oxşar Xəbərlər