AZE | RUS | ENG |

Həsən Ruhani: İran bütün qonşulara dostluq əlini uzadır

Həsən Ruhani: İran bütün qonşulara dostluq əlini uzadır
İran İslam Respublikası bütün qonşulara dostluq əlini uzadır.
Trend-in məlumatına görə, bunu İran prezidenti Həsən Ruhani Tehranda keçirilən İran Silahlı Qüvvələrinin hərbi paradında etdiyi çıxışında deyib.
H.Ruhaninin sözlərinə görə, regionun təhlükəsizliyini region daxilində təmin etmək lazımdır: "Regiondan kənar dövlətlər təhlükəsizlik istəyirlərsə, bu regiondan çıxmalıdırlar”.
İran prezidenti əlavə edib ki, İran region ölkələrinin əməkdaşlığı ilə Fars körfəzi, Hörmüz boğazı və Oman körfəzində təhlükəsizliyi yaradacaq.
Qeyd edək ki, bu gün İranın paytaxtı Tehran və 30 vilayətində İranın bütün silahlı qüvvələrinin iştirakı ilə "Müqəddəs Müdafiə Həftəsi” münasibəti ilə hərbi parad keçirilir. Hərbi paraddan əlavə bir sıra silah, sursat və hərbi avadanlıqlar nümayiş etdirilir.
İran və İraq arasında 8 illik müharibənin ilk həftəsini anmaq üçün İran təqvimində "Müqəddəs Müdafiə Həftəsi” qeyd edilir.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289