• şənbə, 20 Aprel, 00:19
  • Baku Bakı 15°C

"Haylar cəbhədə bu cür təxribatlara əl atırlar"

16.02.20 17:45 1493
"Haylar cəbhədə bu cür təxribatlara əl atırlar"
"Düşmənin atəşkəsi pozması nəticəsində hərbiçimiz Seymur Eldar oğlu Ələsgərov Qarabağda şəhid olub. Ona Allahdan rəhmət, doğmalarına və yaxınlarına isə səbr diləyirəm! Qanı yerdə qalmamalıdır və qalmayacaq!". BunuSİA-ya millət vəkili Sahib Alıyev deyib.
"Qəribədir deyilmi, artıq neçənci dəfədir ki, Azərbaycan və Ermənistan rəhbərlərinin ya danışıqları öncəsi, ya da danışıqlardan dərhal sonra haylar cəbhədə bu cür təxribatlara əl atırlar. Bu gün də belə oldu. Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın Münhendəki görüşlərinə cəmisi bir neçə saat qalmış bizim hərbiçimiz qətlə yetirildi. Niyə? Minsk qrupuna həmsədrlik edən dövlətlər nəhayət buna aydınlıq gətirməlidirlər. Və ona da aydınlıq gətirməlidirlər ki, bu cür reallıqlar ortada ola-ola onlar doğrudanmı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inanırlar. İnanmırlarsa, niyə bunun üzərində təkid edirlər?"-deyə, deputat fikrini tamamlayıb.
banner

Oxşar Xəbərlər