• cümə axşamı, 03 iyul, 11:35
  • Baku Bakı 23°C

Gürcüstana edilən birbaşa xarici investisiyaların həcmi kəskin azalıb

09.09.19 15:45 775
Gürcüstana edilən birbaşa xarici investisiyaların həcmi kəskin azalıb
Bu ilin II rübündə Gürcüstana edilən birbaşa xarici investisiyaların həcmi 187 mln. ABŞ dolları təşkil edib.APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında deyilir.
Bu göstərici 2018-ci ilin hesabat dövrü ilə müqayisədə 53,7% azdır.
Hesabat dövründə Gürcüstanın ən iri investoru 58,1 mln. dollarla Hollandiya olub. İkinci və üçüncü yerlərdə isə müvafiq olaraq Türkiyə (36 mln. dollar) və ABŞ (27,5 mln. dollar) qərarlaşıb. Azərbaycan bu siyahıda 4-cü olub (15,8 mln. dollar).
Hesabatda Gürcüstana edilən birbaşa xarici investisiyaların həcminin kəskin azalmasının əsas səbəbi kimi ölkədə həyata keçirilən boru kəməri layihələrinin başa çatması göstərilib.
banner

Oxşar Xəbərlər