AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gürcü nazir: “Türkiyədən Çinə yük qatarının yola düşməsi BTQ-nin ikitərəfli aktivləşdirilməsi anlamına gəlir”

Gürcü nazir: “Türkiyədən Çinə yük qatarının yola düşməsi BTQ-nin ikitərəfli aktivləşdirilməsi anlamına gəlir”

İqtisadiyyat
04 Dekabr 2020, 23:04 182

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Gürcüstanın logistika imkanlarının və ticarət habı funksiyasının inkişafı baxımından böyük önəm daşıyır.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, pandemiyaya baxmayaraq, 2020-ci ildə BTQ vasitəsi ilə 300 min ton yük daşınması həyata keçirilib. Qeyd edib ki, Türkiyədən Çinə ev əşyaları aparan yük qatarının yola çıxması artıq xəttin ikitərəfli şəkildə aktivləşdirilməsi anlamına gəlir.
N.Turnava BTQ-nin 2018-ci ildə test rejimində fəaliyyətə başlamasından sonra 400 min tona yaxın yük daşındığını qeyd edib.