• cümə axşamı, 28 mart, 23:06
  • Baku Bakı 13°C

Günay İbrahimli: “Qərar verdim“

26.11.13 16:57 2033
Günay İbrahimli: “Qərar verdim“
Sənətçi axşam.az saytına açıqlamasında artıq bu sahədə özünü sübut etdiyini bildirib:
“İlk vaxtlar məni başqa sənətçilərə bənzədirdilər. Buna əsəbləşmirdim. Amma zamanla hər kəsə sübut etdim ki, mən Günay İbrahimliyəm. İndi bu adla özüm olaraq tanınıram. Əslində, bu bənzətmə hər bir yeni sənətçinin başına gəlir. Səbir edib çalışmaq lazımdır”.
Layihələrinin tez-tez oğurlandığından şikayət edən Günay yeni qərar alıb:
“Əvvəllər yeniliklərim, layihələrimlə bağlı açıqlamalar verirdim. Bir az keçən kimi başqa sənətçinin onu oğurlayıb, reallaşdırdığını görürdüm. Çox pis olurdum. Amma inada düşüb onu "Günaysayağı" etmirdim. Əvəzində daha fərqli yenilik düşünməyə çalışırdım. İndi isə yeni qərar almışam. Bundan sonra heç bir layihəmi efirdə deməyəcəm. Yalnız layihə həyata keçdikdən sonra onun haqqında məlumat verəcəyəm”.
banner

Oxşar Xəbərlər