• çərşənbə axşamı, 19 mart, 14:03
  • Baku Bakı 8°C

Fuad Qəhrəmanlının ailəsinə şiddəti bu insanların iç üzünü bir daha ortaya qoydu

21.09.19 18:45 633
Fuad Qəhrəmanlının ailəsinə şiddəti bu insanların iç üzünü bir daha ortaya qoydu
AXCP sədrinin müavinliyindən istefa verməyə məcbur olan Fuad Qəhrəmanlının ailəsinə qarş sərgilədiyi şiddət bir daha bunların iç üzünü açır, nə qədər insanlıqdan uzaq, yalançı olduqlarını göstərir.
Bunu Trend-ə millət vəkili Cavid Osmanov deyib.
C.Osmanovun sözlərinə görə, F.Qəhrəmanlı yalan danışaraq çalışdı ki, bu məsələni ört-basdır etsin: "Fuad Qəhrəmanlı bəyan etdi ki, guya onun qızının profilini oğurlayıblar və yazılanlar doğru deyil. Lakin daha sonra onun qızı videomüraciət edərək öz dediklərini təsdiq etdi, atasının yalançı və ailəsinə qarşı şiddət sərgilədiyini bildirdi.
Fuad Qəhrəmanlı AXCP sədr müavinliyindən istefa verdi və bunu da onunla əlaqələndirdi ki, guya, bu məsələlər onun mənsub olduğu partiyaya üz qaralığı gətirir. Deməli, bu işlərin üstü açılmasaydı, onun qızı belə müraciət yaymasaydı, Fuad Qəhrəmanlının hərəkətləri AXCP-yə uyğun gəlirdi, amma üstü açılandan sonra AXCP-yə uyğun gəlmir. Bu, bir daha onların iç üzünü açır, nə qədər insanlıqdan uzaq, yalançı olduqlarını göstərir.
Əgər bu insanlar öz doğma ailələrinə qarşı belə şiddətlə yanaşırsa, deməli bütün xalqımıza, vətəndaşlarımıza şiddətlə yanaşmaq arzusu ilə yaşayırlar. Təbii ki, bunların arzuları ürəklərində qalacaq. Azərbaycan xalqı bir daha gördü ki, bu insanlar bir ailəni idarə edə bilmirlər, amma arzuları on milyonluq xalqa rəhbərlik etməkdir”.
Deputat vurğulayıb ki, baş verən hadisələr bir daha göstərir ki, bu insanların içi üzləri şiddət, yalan, şər və böhtandan ibarətdir: "Əli Kərimli də yaxşı bilirdi ki, bu adam öz ailəsinə, öz doğma insanlarına şiddət sərgiləyir, yalan danışır. Bu, təbii ki, elə Əli Kərimlinin də Fuad Qəhrəmanlı kimi olmasını bir daha sübut edir. Yəni Əli Kərimlinin başına yığışan 3-5 nəfər hamısı eyni əqidəli, eyni şiddətli, yalançı, böhtançı və şərçi adamlardırlar. Ona görə də əgər Əli Kərimlidə azca da olsa həya qalıbsa, o da siyasətdən uzaqlaşsın. Eyni zamanda, bu hadisə zamanı xaricdə yaşayan bəzi qaragüruhçuların davranışları sübut edir ki, bunlar da Əli Kərimli, Fuad Qəhrəmanlı kimi eyni məzhəbə qulluq edirlər, eyni həyat tərzi sürürlər”.
banner

Oxşar Xəbərlər