AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

FED dolların bahalaşmasını təxirə sala bilər

FED dolların bahalaşmasını təxirə sala bilər

İqtisadiyyat
03 İyun 2016, 16:44 1045
Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsinin artırılmasını təxirə sala bilər.
 
"APA-Economics" xəbər verir ki, bu barədə "Reuters" agentliyi yazır.
 
Agentliyin analitikləri yazır ki, böyük ehtimalla, FED Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçiriləcək referendumun (bu proses "Brexit" kimi qələmə verilir) qlobal iqtisadiyyata təsirini analiz edəcək. "Geosiyasi risk FED-i uçot dərəcəsini iyunda deyil, ən tezi iyulda artırmağa məcbur edəcək. Baxmayaraq ki, FED-in rəhbərliyində təmsil olunan məmurların mütləq əksəriyyəti bu addımın iyunda atılmasını zəruri hesab edir", - deyə analitiklər qeyd edir.
 
Qeyd edək ki, FED-in növbəti iclası Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı keçiriləcək referendumdan 1 həftə öncə, yəni 14-45 iyunda baş tutacaq. Şübhəsiz ki, Böyük Britaniyanın Avropa İttifaqından çıxması maliyyə bazarlarına volatillik qatacaq və dolları gücləndirəcək.