• şənbə, 20 Aprel, 02:10
  • Baku Bakı 15°C

Eyyub Yaqubovun ölüm xəbəri yayıldı

01.10.13 16:38 2144
Eyyub Yaqubovun ölüm xəbəri yayıldı
“ATV”nin “Ümid var” verilişinin aparıcısı Zaur Baxşəliyev bir qədər öncə canlı yayımlanan proqramda müğənni Eyyub Yaqubovun vəfat etdiyi barədə xəbərlərin yayıldığını qeyd edib.
O, müğənni ilə bağlı yayılan dəhşətli məlumatı dəqiqləşdirməyə çalışdıqlarını bildirib.
“Qafqazinfo” isə sözügedən informasiyanı dəqiqləşdirmək üçün müğənninin prodüseri ilə əlaqə saxlayıb. Eyyub Yaqubovun prodüseri isə yayılan məlumatların yalan olduğunu bildirib:
“Eyyub Yaqubov sağ-salamatdır, səhhətində də heç bir problem yoxdur. Səhərdən əsəb keçiririk. Bu xəbərləri kim yayır bilmirik”.
banner

Oxşar Xəbərlər