• cümə, 19 Aprel, 04:02
  • Baku Bakı 18°C

"Evimizə gəlin gəlir"

30.10.19 18:33 2055
"Evimizə gəlin gəlir"
Aşıq Samirə Əliyeva "Evimizə gəlin gəlir" adlı yeni mahnısını təqdim edib. Sənətçi mahnının sözlərini özünün yazdığını bildirib:
"Bu aşıq havasına ustadlarımız müxtəlif mövzularda olan şeirlər ifa ediblər. Hər ustad öz dövrünə aid olan mövzuya toxunub. Mən də bu zəmanəmizin nəbzini tutmaq niyyəti ilə gəlin mövzusuna toxundum. Sual ola bilər ki, niyə məhz gəlin mövzusu? Dədə-babadan görmüşük ki, gəlinləri aşıqlar tərifləyər. İstədim ki, keçmişə qayıbıb, tamaşaçılarıma nostalji anlar yaşadım. Mən də bir el aşığı olaraq gəlinlərimizə bunu ithaf etdim. Ümumiyyətlə şeir yazmaq, söz yazmaq başqa bir dəryadır. Mənim də belə bir bacarığım var".
S.Əliyeva yeni işlərindən də danışıb:
"Hər zaman çalışıram ki, saz havalarını özüməməxsus tərzdə ifa edim. Bunu klassik üslubu qoruyub saxlamaq şərtilə edirəm. Yeniliklərim bundan sonra da davam edəcək".



banner

Oxşar Xəbərlər