“Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib

“Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib

Cəmiyyət
17 Sentyabr 2019, 15:15 169
Sentyabrın 17-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) "Əsrin müqaviləsi”nin 25 illiyi ilə bağlı seminar keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri Mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev açıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Əsrin müqaviləsi"nin tarixindən və əhəmiyyətindən danışıb.
Energetika nazirinin müavini Elnur Soltanov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer mövzu ətrafında fikirlərini bölüşüblər.