Ermənistanın keçmiş rəhbərləri hədəfdə
Politoloqların fikrincə,
Paşinyan "Qarabağ klanı”nın təsir imkanlarını məhdudlaşdırmaq üçün əlindən
gələni edir
Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra baş nazir postuna sahib olan Nikol Paşinyan bir müddət sonra keçmiş prezident Robert Koçaryana qarşı cinayət işinin açılmasına və daha sonra həbsinə nail oldu. İlk dövrlərdə Koçaryan 2008-ci ilin mart hadisələri bağlı ittiham olunurdusa, sonradan ona qarşı küllü miqdarda dövlətə məxsus maliyyəni mənimsəmə ittihamı da əlavə edildi.
Onun müdafiəsinə qalxan "Qarabağ klanı” və qondarma "Dağlıq Qarabağ” rejiminin gücünü görən Paşinyan yeni addımlar atmaq qərarına gəlib. Belə ki, bir müddətdən sonra sakitliyi pozan keçmiş baş nazir Sarksiyan Paşinyanı tənqid etdikdən sonra ona qarşı da dövlət büdcəsini mənimsəməklə bağlı iddialar səsləndirilib. Fakt odur ki, Paşinyan Ermənistanın keçmiş rəhbərlərinə qarşı "səlib yürüşü”nə başlayıb. Paşinyanın indiki məqamda məqsədi nədir və bu, Ermənistandakı prosesləri hansı istiqamətə aparacaq?
BƏXTİYAR
Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra baş nazir postuna sahib olan Nikol Paşinyan bir müddət sonra keçmiş prezident Robert Koçaryana qarşı cinayət işinin açılmasına və daha sonra həbsinə nail oldu. İlk dövrlərdə Koçaryan 2008-ci ilin mart hadisələri bağlı ittiham olunurdusa, sonradan ona qarşı küllü miqdarda dövlətə məxsus maliyyəni mənimsəmə ittihamı da əlavə edildi.
Onun müdafiəsinə qalxan "Qarabağ klanı” və qondarma "Dağlıq Qarabağ” rejiminin gücünü görən Paşinyan yeni addımlar atmaq qərarına gəlib. Belə ki, bir müddətdən sonra sakitliyi pozan keçmiş baş nazir Sarksiyan Paşinyanı tənqid etdikdən sonra ona qarşı da dövlət büdcəsini mənimsəməklə bağlı iddialar səsləndirilib. Fakt odur ki, Paşinyan Ermənistanın keçmiş rəhbərlərinə qarşı "səlib yürüşü”nə başlayıb. Paşinyanın indiki məqamda məqsədi nədir və bu, Ermənistandakı prosesləri hansı istiqamətə aparacaq?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirdi ki, Paşinyanın karyerası ilə
bağlı gələcək ümidləri heç də yaxşı deyil: "O, hakimiyyətə gəldiyi ilk vaxtdan
əsas diqqətini özünün siyasi karyerasına yönəldib. Təbii ki, Paşinyanı ən çox
narahat edən qondarma "Dağlıq Qarabağ”dakı vəziyyətdir. Xatırlayırsınızsa,
Avropada olanda belə fikir səsləndirmişdi ki, qondarma rejimdə də demokratikləşməni
yaymaq lazımdır. Onun söylədiyi fikirlərin sətiraltı ifadəsi ondan ibarət idi
ki, qondarma rejimdə də çevriliş baş versin, rəngli inqilab olsun və orada
Paşinyana loyal olan qüvvələr hakimiyyətə gəlsin. Həmin o ərəfədə qondarma
rejimdə "hakimiyyətə” qarşı kütləvi çıxışlar baş verdi və hətta təhlükəsizlik
xidmətinin rəhbəri istefaya getdi. Bütün bunlar ona dəlalət edir ki, Paşinyanın
qondarma rejimlə bağlı ciddi narahatlıqları qalmaqdadır. O bütövlükdə məsələyə
"Qarabağ klanı” kontekstindən baxır. Yəni, "Qarabağ klanı” Paşinyan üçün ciddi
təhlükə olaraq qalmaqdadır. Ona görə də Paşinyan əlindən gələni edərək bu
klanın təsir imkanlarını məhdudlaşdırmaq istəyir. Təbii ki, bu istiqamətdə əsas
fiqurlar Koçaryan və keçmiş prezident Sarkisyandır”.
E.Mirbəşiroğlu qeyd etdi ki, Paşinyanın Sarkisyana qarşı təqiblərə
başlayacağı gözlənilən idi: "Vurğulamaq lazımdır ki, onsuz da hakimiyyətə
gəldiyi vaxtdan Sarkisyanın yaxınlarına qarşı təqiblər həyata keçirirdi.
Ümumiyyətlə, hesab edirəm ki, bütün bunlar Ermənistanda hakimiyyət uğrunda
mübarizənin təzahürləridir. Paşinyanın hakimiyyətdə olmasının birinci ili başa
çatmaq üzrədir və baxmayaraq ki seçkilərə üç ilə yaxın bir zaman var, o, növbəti
seçkidə də qələbə qazanmaq istəyir. Bu baxımdan Paşinyan bütövlükdə diqqətini
"Qarabağ klanı” və qondarma rejim üzərində kökləməkdədir. Qondarma rejimə
intensiv səfərləri, orada səsləndirdiyi ifadələr də ona dəlalət edir ki,
Paşinyan bu istiqamətdə hərtərəfli fəaliyyət göstərir. Bu fəaliyyətin biri
ictimai şüura təsir etməkdən ibarətdir. Mübarizəsinin digər istiqaməti isə
qondarma rejimlə birbaşa bağlılığı olan siyasi fiqurları tam
zərərsizləşdirməkdir. Sarkisyana qarşı təqiblər məhz qeyd etdiyim ikinci
istiqamətə aiddir, yəni siyasi rəqiblərini tamamilə sıradan çıxarmaq yönündə atılmış
addımlar kimi nəzərdən keçirmək lazımdır”.
Politoloq Natiq Miri hesab edir
ki, Ermənistandakı hadisələr fonunda bir çox siyasətşünaslar mənfi məcralar
axtarırlar: "Bunu daha çox Paşinyan hökumətinin despotik rejim olması ilə
əlaqələndirirlər. Düşünürəm ki, bu belə deyil, çünki sözün əsl mənasında həm
Koçaryan, həm də Sarkisyanın rəhbərlik etdiyi "Qarabağ klanı” cinayətkar bir
rejim idi. Bu rejim həm Ermənistanda, həm də Azərbaycanın işğal olunmuş
ərazilərində bir hərbi xuntaya rəhbərlik edirdi. Düşünürəm ki, bu cinayətkar
rejim və ona rəhbərlik edən insanlarla bağlı cinayət məsuliyyətinin yaradılması
Ermənistan dövlətinin və erməni xalqının haqqıdır. Çünki fikir verirsinizsə,
həm Koçaryan, həm də Sarkisyan haqqında başladılan hüquqi prosedurlar, eyni
zamanda Koçaryanın həbsdə qalması prosesi Ermənistan ictimaiyyətində hansısa
etirazlarla qarşılanmır. Bundan başqa, ABŞ-ın Respublikaçılar İnstitutunun
keçirdiyi rəy sorğusu da var. Erməni xalqı bu rəy sorğusunda birmənalı olaraq
heç bir zaman Koçaryan və Sarkisyanın təmsil olunduğu siyasi güc mərkəzlərinə
səs verməyəcəyini ifadə edib. Bu da bir daha göstərir ki, erməni xalqı əslində
bu cinayətkar rejimin fərqindədir”.
N.Miri vurğuladı ki, Paşinyan hökuməti iqtidara sahib olarkən erməni
xalqına bir çox vədlər verib: "Bu baxımdan Paşinyan hökuməti verdiyi vədlərin
bəzilərini yerinə yetirmədiyi üçün onları ört-basdır etmək məqsədilə diqqəti
həbslərə yönəldib. O, bir növ erməni xalqının bu cinayətkarlara patoloji
nifrətindən istifadə edərək diqqəti əsas hədəflərdən yayındırmağa çalışır.
Bununla da Paşinyan hökuməti müəyyən qədər zaman qazanmış olur. Ermənistan bu
gün hansısa iqtisadi irəliləyişlər əldə edə bilməyib. Çünki perspektiv yalnız
regionun əsas ölkələri olan Azərbaycan və Türkiyə ilə normal münasibətlərdən
keçir ki, Ermənistan rəhbərliyi də təəssüf ki, buna hazır deyil. Ona görə də bu
cür iqtisadi və demoqrafik problemlərdən diqqəti yayındırmaq üçün qalmaqallı
proseslər və həbslər həyata keçirir.
Həmçinin bu gün Paşinyan hökumətinə ciddi müxalif güc mərkəzi mövcud
deyil. Belə bir güc mərkəzi potensial olaraq yenə də "Qarabağ klanı” ola bilər
ki, əslində bu klanın liderlərini də həbsə atdırmaqla, dolayısı ilə gələcəkdə
yaranacaq problemləri indidən həll etmək istəyir”.BƏXTİYAR