AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ermənistana ordumuz qarşısında daha 10-15 gün dayana bilmək üçün ən azı 2-3 milyardlıq hərbi dəstək edilməlidir - Ekspert

Ermənistana ordumuz qarşısında daha 10-15 gün dayana bilmək üçün ən azı 2-3 milyardlıq hərbi dəstək edilməlidir - Ekspert

İqtisadiyyat
20 Oktyabr 2020, 14:30 329
Sentyabrın 27-dən başlanılan Dağlıq Qarabağ müharibəsinin 4-cü günündə Ermənistanın bir illik hərbi büdcəsi Azərbaycan Ordusu tərəfindən məhv edilib.
 
Bunu Trend-ə iqtisadçı ekspert Eldəniz Əmirov deyib.
 
Müharibə zamanı ölkənin iqtisadi durumunun zəfəri təmin edən əsas göstəricilərdən biri olduğunu deyən ekspert bildirib ki, Ermənistanın durumuna iqtisadi konteksdən yanaşdıqda əvvəlcə onun hərbi büdcəsinə nəzər yetirilməlidir.
 
E.Əmirov əlavə edib ki, Ermənistan 2020-ci ilin dövlət büdcəsi qəbul edilərkən hərbi istiqamətə təxminən 650 milyon dollar vəsait ayırmağı nəzərdə tutmuşdur:
"Lakin 27 oktyabrda alovlanan müharibədə onun hərbi-texniki itkiləri elə həddə çatdı ki, döyüşlərin 4-cü günündə onun bir illik hərbi büdcəsi Azərbaycan ordusu tərəfindən məhv edildi. İndi təsəvvür edin ki, Ordumuzun zəfər dinamikası tam sürətilə davam edir. Bu isə o deməkdir ki, Ermənistan hər 4-5 döyüş gününə bir illik hərbi büdcəsini itirir. Hazırda müharibənin 22-ci günüdür. Bu isə o deməkdir ki, Ermənistanın son 5-6 ildə ordusuna yatırdığı vəsait Azərbaycan Ordusu tərəfində artıq havaya sovrulur. Nəzərə alaq ki, əvvəlki illərdə Ermənistanın hərbi büdcəsi heç də yuxarıda qeyd etdiyim kimi 600 milyon dolllarla ölçülmürdü. Onda bu sahəyə daha az vəsait ayıra bilirdilər. Bu isə o deməkdir ki, qarşıdakı müddət üçün onlar faktiki olaraq tükənmiş durumdadırlar".

İqtisadçı əlavə edib ki, Ermənistanın yeni silahlar almaq üçün iqtisadi imkanları yox dərəcəsindədir.
Onun sözlərinə görə, Ermənistanın dövlət borcu dövlət büdcəsindən 4 dəfəyə qədər çoxdur:
"İqtisadi və hərbi durumunun belə acınacaqlı olduğu məqamda hansısa dövlətin aşkar və ya gizli ona yardım edəcəyini düşünmürəm. Düzdür müəyyən istisnalar varki, hazırda Ermənistana gizli olaraq təmənnasız silah-sursat ötürülür. Amma gəlin baxaq görək, bu, fayda verəcəkmi? Xeyr! Çünki onun itkilərini kompensasiya etmək və Azərbaycan Ordusunun qarşısında daha 10-15 gün dayana bilmək üçün Ermənistan Ordusuna ən azı 2-3 milyardlıq bir hərbi dəstək edilməlidir. Amma heç bir dövlət ordumuzun hazırkı üstünlüyü şəraitində bunu etməz. Bunun milyardları boşuna yandırmaq kimi faydasız olacağını hər kəs bilir. Ona görə də bütün məqamları cəmləsək, bir yekun fikir ortaya çıxır: Ermənistan əlində olan hərbi gücün böyük hissəsini itirib, yenisini almağa maddi gücü yoxdur, bundan sonra kiminsə ona 2-3 milyardlıq yardım etməsi mümkün deyil".