AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Erməni poitoloqlar baş naziri ittiham edirlər

Erməni poitoloqlar baş naziri ittiham edirlər

Siyasət
31 Mart 2020, 15:58 889
Paşinyan hətta işğal olunmuş Azərbaycan ərazilərində koronavirus yaymaqda da günahlandırılır


Qondarma "Dağlıq Qarabağ Respublikası” ilə Ermənistan hakimiyyəti arasında gərginlik səngimir. Separatçılar baş nazir Nikol Paşinyanı bu dəfə  işğal altında olan Azərbaycan torpaqlarında koronavirus yaymaqda ittiham ediblər. Artıq birmənalı şəkildə demək olar ki, separatçı bölgədə əksəriyyət Nikola etibar etmir. Erməni mediası yazır ki, koronavirus Ermənistana ayaq açan kimi erməniər açıq şəkildə populist Paşinyanı infeksiyaya qarşı mübarizə adı altında Qarabağda genosid - təmizləmə siyasəti aparmaqda, siyasi rəhbərliyi tamamilə dəyişmək cəhdində ittiham edirlər. Politooq Melik-Şahnazaryan facebookda yazdığı statusda hökumətin Qarabağa insanların getməsinə qadağa tətbiq etməsini, eləcə də, "seçkiləri” təxirə salmamasını şərh edib. "Seçkilərin” təxirə salınmamasını qəribə adlandıran politoloq bunun anlaşılan olmadığını diqqətə çatdırır. "Bu yaxınlarda elan olundu ki, koronavirusun yayılmasının qarşısını almaq üçün Ermənistan polisi Qarabağa bütün vətəndaşların gedişinə qadağa tətbiq edir. Paşinyan bununla guya qarabağlıları virus epidemiyasından qoruduğunu nümayiş etdirmək istəyir. Əslində məqsəd başqadır – Qarabağa vaxtından əvvəl yeni hakimiyyətin formalaşdırımasını təşkil etmək”, - deyə poitoloq qəzəblə bildirir. "Əgər həqiqətən da Paşinyan "qarabağlılara” sağlamlıq istəyirsə, tək sərhədi bağlamamalı, həm də "seçkiəri” təxirə salmalı idi. Axı bu seçkilər virusun yayılmasına birbaşa səbəb ola bilər. Lakin nədənsə tamamilə başqa bir qərar qəbul edir”, - deyə bildirib. Melik-Şahnazaryan bu səbəbdən də Paşinyanın hərəkətlərini cinayət adlandırır. Baş naziri mövqeləri müqavimət göstərmədən tamamilə koronavirusa təhvil verməkdə və bütövlükdə dövlətin məhvinə səbəb olmaqda günahlandırıb. Əlavə edib ki, artıq virus pandemiyası erməni ordusuna da daxil olub. "Paşinyan Ermənistan vətəndaşlarını evlərində qalmağa vadar edib. Iqtisadiyyatı məhv edib. Bütün bunlardan sonra kim inanar ki, virus Qarabağa da girməyəcək?” - deyə politoloq emosional şəkildə bildirib. Onun söözlərinə görə, Paşinyanın ikiüzlülüyü ondadır ki, qarabağlılara bir dənə də olsun koronavirus testi verməyib. Əvəzində isə mütəmadi olaraq emissarlarına "seçkiləri” təxirə saxlamamaq mesajı çatdırır. "Faktiki olaraq koronavirus Qarabağa qarşı qəsd planının həyata keçirilməsində əsas faktora çevrilib. Əgər kiməsə elə gəlir ki, insanlar kordur və nə baş verdiyini anlamır,  – kökündən yanılır”, - deyə politoloq gəldiyi qənaəti bölüşüb. Onun sözlərinə görə, Paşinyan Qarabağda siyasi intriqa qurub və özünün çirkin məqsədlərini həyata keçirmək üçün hər vasitəyə əl atır: "Axı belə bir çətin vaxtda kütləni idarə etmək daha asan olur. Nikol özünün böyük arzusuna çatmaq üçün hər şeydən keçməyə hazırdır. Ermənilik indiki kimi aşağı səviyyəyə düşməyib”. 
Yeri gəlmişkən, separatçı qurumda keçirilən qondarma seçkilər Rusiya mediasının da diqqət mərkəzindədir. Onları da belə bir sual düşündürür – dünya koronavirus bəlası ilə üz-üzə qaldığı bir məqamda nədən Nikol Paşinyan seçki şousu həyata keçirir?  "Moskva-Baku” portalına müsahibsində bunun səbəblərini açıqlayan politoloq Yevgeni Mixaylov hesab edir ki, "Paşinyan sadəcə, Qarabağı itirməkdən qorxur. Hətta koronavirus pandemiyası şəraitində belə "seçkilərə” getmək qərarını verən baş nazir nəyin bahasına olursa-olsun "Qarabağ klanını” əzib sıradan çıxarmağa çalışır. Qarabağda onu qane edən şəxsin hakimiyyətə gəlməsinə cəhd göstərir. Yəni, Qarabağdakı "seçkilər” erməni elitası daxilində siyasi məsələlərin həllinə hədəflənib. Paşinyan insanların sağlamlığını təhlükəsizliyini, koronovurus nəticəsində iqtisadiyyatın məhv edildiyini, iş yerlərinin itirildiyini, ən əsası, ölkə ərazisində yerləşən ABŞ biolaboratoriyalarını, ölkənin gələcəyini düşünməli idi. Birdə ki, bu "seçkiləri” hər dəfə olduğu kimi, heç kim, o cümlədən Moskva tanımayacaq. Axı Rusiya danışıqlar prosesində vasitəçi qismində çıxış edir. O, Azərbaycana qarşı çıxmayacaq- Kremlin rəsmi Bakı ilə məhsuldar münasibətləri mövcuddur”. 
Politoloq daha sonra diqqəti qondarma DQR-in namizədlərinə yönəldir. "Bu yaxınlarda "namizədlərdən” biri – Masis Mailyanın adının Rusiya Federal Təhqiqatlar Xidməti tərəfindən qara siyahıya salındığı barədə xəbər yayıldı. Onun Rusiyanın milli təhlükəsizliyi üçün təhlükə olduğu bildirilir. Bu, adi fakt deyil. Yəni belə çıxır ki, Qarabağ siyasətçiləri Rusiyanın milli təhlükəsizliyi üçün təhlükə törədirlər”. 
Xatırladaq ki, "Армянская телебашня” adlı "Telegram” kanalı işğal altında olan Qarabağdakı qondarma qurumun "rəhbərliyinə namizəd” Masis Mailyanın Rusiya Federasiyasına girişini qadağan edən bir sənəd nəşr edib. Sənəddə Mailyanın Rusiya Federasiyasına girişi 2020-ci il martın 11-dən etibarən qadağan olunub və qadağanın 5 il, yəni 2025-ci il martın 11-nə qədər qüvvədə qalacağı qeyd olunub. Qadağa qərarı Rusiya Federal Təhlükəsizlik Xidməti (ФСБ) tərəfindən qəbul olunub. Səbəb olaraq qeyd edilib ki, Masis Mailyan Rusiyanın milli təhlükəsizliyinə təhdid yaradır. Mənbə həmçinin bu fakta da diqqət yetirir ki, qərarda qeyd edilmiş pasport seriyası diplomatik pasportdur.
Rusiyalı poltoloq əlavə edir ki, Ermənistanın rəsmi şəxsləri tərəfindən mütəmadi olaraq Rusiyanın əlehyinə ittihamlar səsləndirilir. "Paşinyan isə Rusiyanın mövqeyinə diqqət yetirmir. Mən əminəm ki, qondarma rejimdəki "seçkilər” Rusiyada yalnız və yalnız qıcıq doğuracaq. Xüsusən də əgər orada Nikol Paşinyana loyal şəxs rəhbər seçilərsə. Onun isə Moskva ilə münasibətləri yaxşı deyil. Ondan xahiş etdilər ki, əvvəlki hakimiyyət təmsilçilərini təqib etməsin, qulaq asmadı. Paşinyanın indi etdikləri Rusiyanı qane etmir. Moskva Paşinyanı tamamilə qəbul etməyə də bilmir. Axı o KTMT və Aİİ kimi təşkilatlarda təmsil olunur. Bu səbəbdən də onu qəbul etməlidir və hələ ki dözür. Bütövlükdə Qarabağda keçirilən "seçkilər” qlobal mənada heç nəyi dəyişməyəcək - axı heç kim onu tanımır. Dünya ictimaiyyətini hazırda Ermənistan maraqlandırmır. Müəyyən hallarda Dağlıq Qarabağ məsələsində ona dəstək verən ölkələri də hazırda bu bölgə maraqlandırmır. Paşinyana isə hakimiyyəti uzun müddət qoruyub saxlaya bilməyəcək. O, çox zəif liderdir”, -deyə rusiyalı politoloq fikrini tamamlayıb.


Azər NURİYEV