• çərşənbə axşamı, 19 mart, 13:07
  • Baku Bakı 8°C

Erməni mediası Paşinyanı səriştəsizlikdə ittiham edir

10.07.20 17:11 1490
Erməni mediası Paşinyanı səriştəsizlikdə ittiham edir
"Yüzlərlə ölümə görə kim cavabdehlik daşıyacaq?”

"İki il bundan əvvəl, martın 31-də Nikol Gümrüdən çıxıb Yerevana doğru yürüş edəndə hər iki şəhərin küçələrində bir nəfər də olsun dilənçiyə rast gəlmək olmazdı. İndi isə supermarketlərin qarşısında üst-başı yaxş görkəmdə olan xeyli insan dilənçiliklə məşğul olur. İki il bundan əvvəl Ermənistanda 24,5 faiz yoxsul var idi, bu gün isə bu rəqəm sürətlə artır. Bizim günlərdə istənilən şəxs iş yerini itirə və supermaketlərin qarşısında əlini uzatmış qaydada dura bilər”. Bu sətirlər Ermənistanın "Qolos Armenii” qəzetində dərc olunan məqalədəndir. Müəllif yazır ki, belə bir durumda baş nazir Nikol Paşinyan istisna etməyib ki, fövqəladə vəziyyət daha bir aylığa uzana bilər: "Əhalinin sosial vəziyyətini yumşaltmaq əvəzinə parlament çoxluğu maska taxmamağa görə cərimələri kəskin şəkildə artırmağı nəzərdə tuturdu. Lakin narazılıq artığından bu istəkdən imtina edildi. Bəs nə vaxta kimi? Küçə boyu gəzən polis patrulları maskaları ağzından sürüşən insanlara hücum çəkir. Əgər kimsə maskanı bir dəqiqəyə çıxarıb tərini silmək istərsə, dərhal onu cərimələyirlər. Açıq kafelərdə çalışan insanlar səbirsizlikə iş tapmaq üçün sərhədlərin açılmasını gözləyir. Sosial vəziyyət günbəgün mürəkkəbləşir, şəhərdə belə şayiələr gəzir ki, baş nazirin ətrafına yaxın klanlar koronavirus hesabına özlərinə var-dövlət toplayırlar”. Paşinyan belə şayiələrin yayılması mənbələrini araşdırmaq üçün işçi qrup formalaşdıracağını deyib. Məsələn, bir neçə gün bundan əvvəl qocalar evində müalicə alan xəstələrin koronavirusdan tam müalicə alıb evə döndükləri barədə yalan xəbəri kimin yaydığı araşdırılır. KİV yazır ki, onlar sağala bilməz, ay yarım bundan əvvəl orada iki xəstə ölüb. Jurnalist araşdırmasına görə, orada iki deyil, 10 nəfər ölüb. Özü də bu, rəsmi rəqəmdir, əslində nə qədər ölüb? Kim məqsədli şəkildə dezinfomasiya yayıb ki, hamısı sağalıb? Kim buna cavab verəcək? Nə üçün Paşinyanın yaratdığı qrup indiyə qədər bu və digər şayiələrin kimlər tərəfindən tirajlandığını müəyyən edə bilməyib? Şəhər xəstəxanalarından birinin həkimi Marina Xaçatryan səhiyyə naziri Arsen Torosyanın ölkənin koronavirusdan müalicə üçün vaksin alması üçün danışıqlar aparması barədə bəyanatını da şərh edib. Həkim ehtiyat edir ki, hökumətin düşünülməmiş addımları nəticəsində Ermənistan vaksin sınağı üçün üç milyonluq laboratoriyaya çevrilə bilər. Hamıya bəllidir ki, koronavirus daim mutasiya olur və belə demək mümkündürsə, vaksin, insanları yeni mutasiyalardan qoruya bilməz. Xaçatryan elan edib ki, koronaviruslu xəstələrə "plakvenil” dərmanı yazan həkimləri məsuliyyətə cəlb etmək lazımdır. Məhz bu dərman bir çox xəstənin vəziyyətinin pisləşməsinə və ölümünə gətirib çıxarıb. Xüsusi İstintaq Komitəsi "Bir Ermənistan” Partiyasının lideri Artur Kazinyanın müraciəti əsasında cinayət işi açmaqdan imtina edib. Onun sözlərinə görə, rədd olunan işdə hakimiyyətin gizlətdiyi informasiyadan söhbət gedirdi. Bu isə insanların həyat və sağlamlığına ciddi zərbə vurur. Kazinyan bildirib ki, istintaq idarəsi daha çox siyasi bir qərar qəbul edib.
Məqalədə bildirilir ki, btün bunların fonunda ölkədə qiymət artımı gözlənilir. Sənaye obyektlərinə satılan qazın qiyməti artdığından, şəhər nəqliyyatında da qiymət artımını gözləmək olar. Məqalədə daha sonra belə bir sərt sualla çıxış edilir - Paşinyanın tərəfdarları hər dəfə 2008-ci il martın 1-də 10-dan artıq insanın ölümünü xatırlayır. Bəs 2020-ci ildə yüzlərlə insanın ölümünə görə, kim cavabdehlik daşıyacaq? Çətin ki, bu suala istintaq komissyası cavab versin. "Çiçəklənən Ermənistan” və "Lusavar Ayastan”ın bu təşəbbüslərinə cavabdan çox suallar yığılıb qalıb. Bütün ümidlər ölkədə koronavirusun yayılması üzrə faktları toplayan qrupadır. Qrupa həkim, jurnalistlər və hüquqşünaslar daxildir. Politoloq Suren Surenyants qeyd edir ki, Ermənistanda yoluxanların ümumi sayı 30 mini keçib və əsas sualların cavabları yoxdur. "Səbəb nə idi, günahkarlar kimlərdir ki, bir milyon əhalinin hesablanması ilə koronavirus göstəricilərinə görə Ermənistan bölgədə anti-rekordçu oldu?”, - deyə o qeyd edib.
Bütün bunların fonunda siyasilər arasında da mövcud hakimiyyətə, onun liderinə qarşı hərtərəfli ittihamlar artır. Onlar ölkənin dünyada koronavirus xəstəsi sayına görə "lider” mövqeyə yüksəlməsində baş naziri və komandasını ittiham edirlər. Məsələn, Ermənistan parlamentinin deputatı Gevorq Petrosyan "facebook” səhifəsində yazıb ki, bütün dünya koronavirusu özündən uzaqlaşdırmağa çalışır, Nikol Paşinyan isə virusu millətə yapışdırır: "Ayıbdır, Paşinyan, iş gör. Ölkədə kənd təsərrüfatı fəlakəti var. Virusun arxasında uzun müddət gizlənə bilməzsən. İnsanları təmiz hava qəbul etməkdən məhrum etmək məxməri soyqırımdır”. Əlavə edib ki, Ermənistanda mövcud olan reallıq kabus kimidir. O qeyd edib hakimiyyətin addımları ilə çöküş dərinləşir. "Biz məqsədin nə olduğunu başa düşməyə çalışmalıyıq. Məsələn, insanları, hətta uca dağın zirvəsində maska taxmağa məcbur edirlər, orada o, təkdir və maska taxmasa, cərimələnəcək”, - deyə qeyd edib. Onun sözlərinə görə, onlar Ermənistan hakimiyyətinin arxadakı fikrini başa düşməyə çalışmalıdırlar və həyata keçirilən addımlar erməni xalqının maraqlarından irəli gəlmir. Öz növbəsində sabiq baş nazir Qrant Baqratyan isə hesab edir ki, Nikol Paşinyan hakimiyyətə inqilab yox, çevriliş nəticəsində gəlib: inqilab dəyərlərin dəyişməsidir, idarəetmənin bugünkü keyfiyyəti isə təhlükəlidir, ölkə gündən-günə geriyə gedir. O vurğulayıb ki, baş nazirin, komendantın və biabırçı səhiyyə nazirinin timsalında Ermənistanda uğursuz idarəetmə həyata keçirilir. Ermənistanda koronavirsudan ölənlərə gəlincə, Baqratyan qeyd edib ki, bu, kütləvi erməni qırğınıdır, lakin Paşinyan infeksiyaya qarşı mübarizə aparmaq əvəzinə, diktator hakimiyyətini gücləndirir.


Azər NURİYEV
banner

Oxşar Xəbərlər