AZE | RUS | ENG |

Erməni lobbisi “nikah diplomatiyası”nı işə salıb

Erməni lobbisi “nikah diplomatiyası”nı işə salıb
Qarabağa səfər edən alman deputatın arvadı ermənidir

Bəlli olduğu kimi, Nikol Paşinyan Ermənistanın işğal altında saxladığı Dağlıq Qarabağa Avropa Parlamentinin deputatı Martin Zonnebornun səfərini alqışlayan bəyanat verib. Beynəlxalq münasibətlər üzrə amerikalı ekspert Peter Tasenin "Foreign Policy News” nəşrində dərc etdiyi "European MPs must honor official positions of publicoffices they hold” başlıqlı məqalə dərc edib. O qeyd edib ki, Qərb demokratiyasının əsas prinsiplərindən biri sıravi vətəndaşların demokratik seçkilərdə iştirakı, dövlət vəzifələri tuta bilmək qabiliyyətidir. Lakin ən əhəmiyyətlisi, hörmətlə yanaşma öhdəliyi, ən əsası, bu və digər dövlətin rəsmi mövqeyini təmsil etməkdir. Yəni, dövlətin rəsmi şəxsləri və qanunvericilər tanınmamış dövlətlərin nümayəndələri ilə görüşlər keçirməməli və nəzarət altında olmayan ərazilərə səfər etməməlidirlər. Müəllif yazır ki, "problem onda deyil ki, bir sıra avropalı parlamentarilər asanlıqla öz hökumətlərinin mövqelərini pozur və separatçılarla, əksər hallarda kriminal hakimiyyətlərlə əlaqə qururlar. Bu deputatların Azərbaycanın separatçı regionu - Dağlıq Qarabağa səfəri təsdiq edir ki, onlar şəxsi maraqlarını Avropa vergiödəyicilərinin maraqlarından daha üstün tuturlar. Bu səfərlərin müəyyən səbəblərinin olduğunu əks etdirən konkret sübutlar var”. Müəllif əlavə edir ki, avqustun sonunda Avropa Parlamentinin Almaniyadan olan deputatı Martin Zonnenborn ermənilərin ötən əsrin 90-cı illərinin əvvəllərində istila etdiyi Dağlıq Qarabağda olub. Avropa erməni federasiyası –"Demokratiya və ədalət uğrunda”nin (EAFJD) təşkil etdiyi səfər çərçivəsində Zonnenbornu 25 nəfərdən ibarət nümayəndə heyəti – yazıçı, alim və jurnalistlər, eləcə də, xanımı, erməni Klaudia Tursarkisyan müşayiət edib. Azərbaycan hakimiyyət orqanları deputatın adını "qara siyahı”ya salaraq bəyan ediblər ki, o, Azərbaycanın icazəsi olmadan tanınmamış ərazilərə səfər etməklə ölkə qanunlarını pozub. Zonnenborn öz növbəsində Azərbaycan hakimiyyətini sosial şəbəkədə yazdığı statusu ilə tənqid edib. Bildirib ki, qara siyahıya salınan əcnəbilərin siyahısında birinci yeri tutmaq istəyir. "Mən Qarabağa 25 nəfərlik heyətlə gəlmişəm. Xanımım bura film çəkmək üçün gəlib. Biz bu filmi bütün dünyaya göstərib, sonda bu regionun müstəqilliyinə nail olacağıq”, - deyə deputat separatçı bölgədə keçirdiyi mətbuat konfransında bildirib. Bir faktı qeyd edək ki, onun deputat seçilməsi Almaniyada bir çoxları üçün, hətta özü üçün sürpriz olub. Bu şəxs "Merkel axmaqdır” kimi populist şüarları ilə tanınıb. Seçildikdən dərhal sonra da dünyanın heç bir ölkəsinin tanımadığı separatçı bölgəyə gedib.
Məqalədə vurğulanır ki, seçicilərinin problemləri ilə maraqlanmayan deputat daha çox etnik erməni olan arvadının arzularını yerinə yetirməyə çalışır. Alman vergiödəyicilərini narahat edən ətraf mühitin mühafizəsi, maliyyə böhranı və millətçilik kimi məsələlər bir yana qalıb, belə bir çirkin işlə məşğul olur.
Zonnenbornun da təmsil etdiyi Almaniya Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayan, Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən dövlətlərin sırasındadır. Almaniya XİN-in rəsmi saytında yerləşdirilən xəbərdə bildirilir ki, Berlin "DQR”i tanımır və öz vətəndaşlarına hər hansı bir konsul xidməti göstərmir. Almaniya hökuməti dəqiq göstərib ki, Dağlıq Qarabağa istənilən səfər Azərbaycan qanunvericiliyinə ziddir. Vətəndaşlarını isə bu regiona getməkdən çəkinməyə çağırır. XİN Zonnenbornun da səfərini pisləsə də, deputat bildirib ki, nazirlik qanunvericilər üzərində hakimiyyət hüququna malik deyil. Etirazlara baxmayaraq, deputat öz Tvitterində yazıb ki, növbəti dəfə də 100 nəfərlik heyətlə Dağlıq Qarabağa gedəcək. Bəs alman deputatı Avropa və alman parlamentlərinin qanunlarını etik normalarını pozub bu səfərə getməsinə nə məcbur edib? Əgər deputat ayrı-ayrı dəyərlərin qızğın tərəfdarıdırsa, onda niyə digər separatçı bölgələrə səfər etmir? Zonnenbornu nəinki öz hökumətinin, həm də Azərbaycan xalqının əleyhinə getməyə nə məcbur edib? Çox güman ki, bu məsələdə ona maliyyə və hərtərəfli dəstək verən Avropa erməni federasiyası –"Demokratiya və ədalət uğrunda”nın mühüm rolu olub. EAFJD tərəfindən olan maliyyə və digər dəstək verilib.
EAFJD-in rəhbəri Kaspar Karapetyan Zonnenbornu separatçı bölgəyə səfər zamanı müşayiət edib. Deputat bu günə qədər onun səfərini kimin maliyyələşdirdiyini açıqlamayıb da. Telepolis qəzetinə müsahibəsində açıq şəkildə etiraf edib ki, bir çox hallarda onun siyasi baxışlarının formalaşmasında etnik cəhətdən erməni olan xanımının böyük rolu olub. "Mənim arvadım ermənidir. Əvvəl Türkiyənin Avropa İttifaqına üzvlüyünə çalışırdım. Ailə qurandan sonra mövqeyimi dəyişdim”, - deyə Zonnenborn bəyan edib.
Bu, alman deputatların erməni diasporunun resurslarından istifadə etdikləri ilə bağlı ilk hal deyil. Bu ilin yazında deputat Ştefan Koyter də Dağlıq Qarabağa gedib. Bu şəxs irqçi baxışları ilə seçilir. Avropa Parlamentinin Lüksemburqdan olan deputat Frank Engel də qondarma quruma rəğbəti ilə seçilir. "Sputnik Armenia” xəbər verir ki, etnik erməni Tatev Manukyanla ailə qurduqdan sonra bal ayını işğal altında olan Azərbaycan torpaqlarında keçirib. Hətta sonra soyadına "yan” şəkilçisi də əlavə edib.
 
Azər NURİYEV
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi


Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289