• cümə, 19 Aprel, 13:33
  • Baku Bakı 25°C

Ərdoğan pakistanlı həmkarı ilə görüşüb

14.02.20 10:45 1128
Ərdoğan pakistanlı həmkarı ilə görüşüb
İslamabadda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan pakistanlı həmkarı Arif Alvi ilə görüşüb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, görüş bağlı qapılar arxasında keçirilib.
Danışıqlarda Türkiyə tərəfindən XİN rəhbəri Mövlud Çavuşoğlu, energetika və təbii sərvətlər naziri Fatih Dönməz, xəzinədarlıq və maliyyə naziri Berat Albayrak, ticarət naziri Ruhsar Pekcan və nəqliyyat və infrastruktur naziri Cahit Turhan iştirak ediblər.
Xatırladaq ki, daha əvvəl İslamabadda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.
banner

Oxşar Xəbərlər