• çərşənbə axşamı, 19 mart, 07:44
  • Baku Bakı 8°C

Ərdoğan: “Nobel komitəsi siyasi struktura çevrilib”

11.12.19 11:15 534
Ərdoğan: “Nobel komitəsi siyasi struktura çevrilib”
"Nobel komitəsi siyasi və ideologiyaya əsaslanan struktura çevrilib. Mənim üçün bu mükafatın heç bir dəyəri yoxdur".
"Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan2019-cu il üzrə Nobel mükafatının Avstriya yazıçısı və dramaturquPiter Handkeyə verilməsini şərh edərkən deyib.
Türkiyə liderinin sözlərinə görə, əgər ədəbiyyat üzrə Nobel mükafatı ksenofobiya baxışları olan insana verilirsə, o, bütün dünyada insan hüquqlarını pozanların mükafatı olacaq.
"Bu mükafatın verilməsi mərasimində Türkiyə nümayəndələri olmayacaq. Belə cinayətkarın mükafatlandırılmasında iştirak etmək cinayətin şəriki olmaq deməkdir", - dövlət başçısı bildirib.
Ərdoğan əlavə edib ki, əgər nə vaxtsa onu Nobel mükafatı ilə təltif etsələr, bu mükafatdan imtina edəcək.
Qeyd edək ki, Albaniya, Türkiyə, Xorvatiyanın səfirləri Nobel mükafatının təqdim edilməsi mərasimini boykot ediblər.
banner

Oxşar Xəbərlər