Əminə Dilbazi 100 iliyinə Torontoda anıldı

Noyabr
ayının 24-də Kanadada fəaliyyət göstərən Azerbaijani Women’s Support Centre
North York Civic Centre-də Azərbaycan xoreoqrafiya məktəbinin tanınmış
nümayəndəsi, görkəmli rəqs ustası, respublikanın Xalq artisti Əminə Paşa qızı
Dilbazinin anadan olmasının 100 illiyi ilə əlaqədar xatirə gecəsi təşkil edib.
AWSC-nin
idarə heyətinin üzvü Minira Babayeva və Könül Qurbanova Əminə Dilbazinin
Azərbaycan rəqs sənətindəki rolu və çoxəsrlik ənənələrinin qorunub yaşadılmasında
müstəsna xidmətlərini vurğulayıblar. Tədbirdə tarixçi Fatimə Quliyeva Əminə
Dilbazinin həyatı ilə yanaşı Dilbazi nəslinin tarixi və onların Azərbaycanın
müstəqilliyi ugrundakı mübarizəsi haqda ətraflı məlumat verib.

Əminə Dilbazinin
tələbəsi Qəmər xanım Peyğəmbəri isə sənətkarın uzunmüddətli fəaliyyəti ərzində
daim yüksək səhnə mədəniyyəti nümayiş etdirib. Məsindən, fitri istedadı və
bənzərsiz ifaçılıq imkanlarından danışıb. Qəmər xanım bildirib ki, Əminə
Dilbazinin sayəsində Azərbaycan xalq rəqslərinin qiymətli nümunələri yeni
çalarlar qazanıb. Tədbirdə iştirak edən Əminə xanımın oğlu, tanınmış dirijor
İsmayıl Hacıyev başda Dr. Nazilə İsgəndərova olmaqla AWSC-yə təşəkkürünü
bildirib. O bildirib ki, Əminə xanımın özünəməxsus orijinal ifa tərzi vardı.
Xalq rəqslərimizin zənginləşməsi üçün həyatını rəqslərimzin araşdırılmasına və
tədrisinə həsr edən Əminə Dilbazi rəngarəng repertuarları ilə yaddaşlarda
qaldı.
Qəmər xanım bildirib ki, Əminə xanım eyni zamanda, dünya xalqlarının
rəqslərinə də geniş yer ayırmışdı. Əminə Dilbazinin mötəbər beynəlxalq müsabiqə
və festivallarda Azərbaycan rəqslərini uğurla tanıtdırıb. Tədbirdə "Dalğa”
musiqi qrupu (Əliheydər Mirzəyev, Əkbər Məcidov, Davud Ağabaleyi, Əhəd Məmmədov
və Əhməd Ağdamə) və Yusif Savalan ifalari ilə, Qəmər xanım, Ayaz və Dəniz
Hadıtalıb rəqsləri ilə iştirakçılara unudulmaz anlar yaşatdılar.
