• cümə axşamı, 28 mart, 15:08
  • Baku Bakı 16°C

Əməkdar artistlər barışdılar

28.10.13 14:59 1460
Əməkdar artistlər barışdılar
Uzun müddətdir küsülü olan əməkdar artist Abbas Bağırov və Eyyub Yaqubov barışıblar
Axşam.az-ın məlumatına görə, A.Bağırov “Atv maqazin” verilişinə açıqlamasında bacısının toy məclisində həmkarının da iştirak etdiyini bildirib:
“Bir çox sənət dostlarım ən xoş günümdə təmənnasız yanımda oldular. Onlar arasında xalq artisti Zülfiyyə Xanbabayeva, əməkdar artist Eyyub Yaqubov, müğənni Sevda Yahyayeva və başqaları var idi. Hər birinə təşəkkür edirəm”.
Barışmaları ilə bağlı açıqlama verən E.Yaqubov Abbasdan incidiyini danıb:
“Çox gözəl məclis idi. İştirak etməliydik, etdik də. Biz heç vaxt küsülü deyildik, heç vaxt da olmayacağıq. Sadəcə, söz-söhbəti bir az şişirtmişdilər. Abbası çox istəyirəm”.
Xatırladaq ki, iki müğənni arasındakı incikliyə səbəb Eyyub Yaqubovun “İfaçıların çoxu özlərini mənə oxşadırlar. Abbas da mənim kimi oxuyur” sözləri olmuşdu.
Buna cavab olaraq A.Bağırov “Heç vaxt Eyyuba bənzəmirəm. Özüm kimi oxuyuram” demişdi.
banner

Oxşar Xəbərlər