• cümə, 29 Mart, 19:30
  • Baku Bakı 14°C

Elnarə Xəlilova: “Daha “şıltaq qız” ola bilmərəm...”

08.11.13 09:11 5887
Elnarə Xəlilova: “Daha “şıltaq qız” ola bilmərəm...”
“Ailə qurmadan öncə geyindiyim geyimləri, indi geyinə bilmərəm. Çünki artıq övladlarım var”. Bu sözləri müğənni Elnarə Xəlilova geyimlərinin mediada müzakirə olunmasından söz açarkən deyib: “Mən “W-trio” qrupundan sonra solo karyeraya başlayanda özümə bir obraz seçmişdim, tamaşaçılar məni “şıltaq qız” imicində sevib, qəbul etmişdilər. Bu imic məndə ailə qurana qədər oldu. Amma ana olandan sonra o imicdən imtina etdim. Bu, mənim öz seçimim idi. Yəni həyat yoldaşım onu geyin, bunu geyinmə demir. Sadəcə, indi ana olmuşam deyə, geyimlərimə də diqqət etməliyəm. Bir çoxları mənə sual verir ki, ay Elnarə, niyə əvvəlki imicinizə qayıtmırsınız? Mən də çalışıb başa salıram ki, artıq anayam, bu obraz indi mənə yaraşmaz”.
Qeyd edək ki, Rövşən adlı bəylə ailə quran Elnarənin Burlaxatun, Öndər, Harun Fateh Cahangir adında 3 övladı var.
banner

Oxşar Xəbərlər