AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Elm sahəsində 4 nəfərə Dövlət Mükafatı verilib

Elm sahəsində 4 nəfərə Dövlət Mükafatı verilib

Siyasət
22 May 2020, 17:15 293
Prezident İlham Əliyev 2020-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında sərəncam imzalayıb.
APA xəbər verir ki, sərəncama əsasən, 2020-ci il üçün elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı "Materiyanın yeni kvant halı – antiferromaqnit topoloji izolyator: dizayn, əsas elektron xassələri və tətbiq perspektivləri” mövzusunda elmi məqalələr toplusuna görə aşağıdakı şəxslərə verilir:
Nazim Timur oğlu Məmmədov
İmaməddin Rəcəbəli oğlu Əmiraslanov
Nadir Allahverdi oğlu Abdullayev
Ziya Saxavəddin oğlu Əliyev.