Əli Həsənov: “Sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı dinləməyə hər zaman hazıram”
"Tez-tez bu cür suallarla qarşılaşıram: "Niyə sosial
şəbəkədə dostluq sorğusu göndərən hər kəsin təklifini qəbul edirsiniz?”. Bu
sualın çox sadə bir cavabı var. Hesab edirəm ki, hər bir dövlət məmuru xalqla
sıx təmasda olmalı, vətəndaşları dinləməli, onların üzləşdikləri problemlərin həlli
üçün səy göstərməlidir”.
Bu barədə Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər
üzrə köməkçisi, professor Əli Həsənov "Facebook”dakı şəxsi profilində yazıb.
O bəyan edib ki, dilindən, dinindən, etnik və
siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımızın üzləşdiyi
problemə, onları narahat edən məsələlərə həssas yanaşmaq, bu kimi məsələlərin əks
olunduğu müraciətlərə çevik və operativ reaksiya vermək ölkə başçısı tərəfindən
qarşıya qoyulmuş ən ümdə vəzifələrdən biridir: "Bu vəzifəni layiqincə yerinə
yetirmək üçün mümkün olduğu qədər hər bir fərdi dinləmək, onlarla ünsiyyətdə
olmaq lazımdır. Danılmaz həqiqətdir ki, hal-hazırda
qloballaşan dünyanın yeni reallıqlarından olan sosial media gün ərzində minlərlə
insanla dialoq qurmaq, cəmiyyətdə baş verən proseslərin ruhunu duymaq, təhlil
etmək və xəbərdar olmaq üçün ən əlverişli platformadır. Ona görə də, mənim uzun illərdir ki, bu platformada
aktiv təmsil olunmağım heç kimə təəccüblü gəlməməlidir. Təəssüf ki, sosial media
eyni zamanda zərərli və təxribat xarekterli çağırışların tirajlanması
baxımından da münbit məkandır. Buna baxmayaraq, bildirmək istəyirəm ki,
Prezidentin köməkçisi kimi mən sosial şəbəkələr vasitəsilə də vətəndaşlarımızı
dinləməyə, onların narahat edən məsələlərə aydınlıq gətirməyə hər zaman hazıram”.
Alpər TURAN