AZE | RUS | ENG |

Ələt azad iqtisadi zonası Polşa-Azərbaycan ticarət əlaqələrinin inkişafına xidmət edəcək

Ələt azad iqtisadi zonası Polşa-Azərbaycan ticarət əlaqələrinin inkişafına xidmət edəcək
Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılması Polşa ilə Azərbaycan arasında ikitərəfli ticarətin inkişafına xidmət edəcək.
Bunu Trend-ə müsahibəsində Polşa xarici işlər nazirinin müavini Martsin Pşidaç deyib.
 
O bildirib ki, Bakı limanının inkişafı ilə bağlı Azərbaycanın planları ikitərəfli əməkdaşlıq üçün çox perspektivli görünür. O əlavə edib ki, Azərbaycan regionda nəqliyyat qovşağına çevriləcək.
 
M.Pşidaç qeyd edib ki, iki ölkə arasındakı əməkdaşlığın potensial yeni sahələri arasına kənd təsərrüfatı sektorunda, xüsusilə də qida məhsulları və maşınlar sahəsində əməkdaşlıq daxildir: "Kənd təsərrüfatı sektorunun Azərbaycan iqtisadiyyatının şaxələndirilməsində vacibliyini nəzərə alaraq, biz yaxın həftələrdə Polşada keçiriləcək beynəlxalq kənd təsərrüfatı məhsulları sərgilərində iştirak üçün dəvətlər göndərmişik.
Biz artıq Bakıda Polşanın ticarət ofisini açmışıq. 2018-ci ilin dekabrında isə iqtisadiyyat nazirləri Varşavanın mərkəzində Azərbaycan Ticarət evinin açılışında iştirak etmişdi. Mən inanıram ki, hər iki ofis ikitərəfli ticarət və investisiyaların artımını təşviq edəcək".
 
​Nazir müavininin sözlərinə görə, iqtisadi əməkdaşlıq üzrə Polşa-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək: "İclas böyük ehtimalla bu ilin sonunda və ya gələn ilin birinci yarısında Bakıda keçiriləcək. Nazirlərin bu vacib görüşünü ikitərəfli biznes forum və şirkət nümayəndələrinin işgüzar görüşləri müşayiət edə bilər".



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8748
GEL 1 1 Gürcüstan larisi 0.5727
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1477
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.173
CHF 1 1 İsveçrə frankı 1.7055
KWD 1 1 Küveyt dinarı 5.5956
TRY 1 1 Türkiyə lirəsi 0.2873