"Əhalinin yeni avtomobil almaq və kredit şərtlərini sadələşdirmək lazımdır"

İqtisadiyyat
13 Noyabr 2019, 12:56 541
Azərbaycanda avtomobil bazasının dəyişdirilməsinə ehtiyac var. Statistika göstəricilərinə nəzər salsaq, yol qəzalarınln müəyyən bir hissəsi köhnə avtomobillərin payına düşür. Bu baxımdan əhalinin yeni avtomobil almaq şərtlərini asanlaşdırmaq, kredit şərtlərini sadələşdirmək, insanları yeni avtomobillərə əlçatanlığını təmin etmək lazımdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentin bu gün keçirilən iclasında büdcə müzakirələri zamanı deyib.
O bildirib ki, elektriklə işləyən avtomobilləri bütün növ rüsümlardan azad etmək yaxşı olar: "Artıq bu sahədə dünyada yaxşı təcrübə var. Biz bu təcrübələri ölkəmidə tətbiq edə bilərik”
Ş.İsmayılov söyləyib ki, günün qaranlıq vaxtlarında işıq qaytarıcılardan geniş istifadə edilməsi vacibdir: "Vaxtilə bu cür layihələr həyata keçirilirdi, xüsisilə də azyaşlı uşaqların işıq qaytarıcılarla təmin edilməsi vacibdir. Yolların işıqlandırılması, yol nişanlarında işıq qaytarıcıların yüksək standartlarda olması vacib məsələdir”.