• şənbə, 11 May, 06:53
  • Baku Bakı 12°C

Əflan İbrahimov Baş Prokurorluğa əlavə müraciət edəcək

02.09.13 13:45 1869
Əflan İbrahimov Baş Prokurorluğa əlavə müraciət edəcək
“Eldar Namazovun, Eldəniz Quliyevin separatçı və xaosa meylli dindarlarla əməkdaşlıqda olmasına dair Baş Prokurorluğa əlavə müraciət edəcəyəm”. Bunu Lent.az-a açıqlamasında “El” Hərəkatının Ali Məclisinin sədrinin keçmiş müavini Əflan İbrahimov deyib.
Ə. İbrahimov bildirib ki, ona qarşı təhrif olunmuş video görüntünü yaydıran hərəkatın Ali Məclisinin sədri Eldəniz Quliyev daima yəhudilərə və sionizmə qarşı çıxışlar edib: “Mən ermənilərə qarşı cihad etməyi vurğulamışam, öz dövlətimə və dövlətçiliyimə qarşı fikirlər söyləməmişəm. Bunları narahat edən İlham Əliyevin prezidentliyə namizədliyini dəstəkləməyimdir. Tələb edirəm ki, həmin tədbirdə Eldəniz Quliyevin fikirləri də açıqlansın”.
Eldəniz Quliyevi separatizmə dəstək verməkdə ittiham edən Ə. İbrahimov onun qondarma Talış-Muğan Respublikasının ideoloqları ilə əməkdaşlıq şəraitində olduğunu da qeyd edib: “Eldəniz Quliyevin Mehdibəy Səfərov adlı dini məsələlərə üzrə müavini var. Bu şəxs vaxtilə separatçı Əlikram Hümbətovun müavini olub. Eldəniz Quliyevin adamı kimi tanınan Mehdibəy Səfərov “El” hərəkatının və Milli Şuranın iclaslarında separatçılığı təqdir edən fikirlər səsləndirir. Eldəniz Quliyev də həmişə bildirir ki, mənim sağ əlim Mehdibəy, sol əlim isə İslam Partiyasının sədr müavini Rövşən Əhmədlidir. İslam Partiyasının sədri həbsdə olduğundan, onlar da dövlətə qarşı qərəz nümayiş etdirirlər”.
Ə. İbrahimov qeyd edib ki, Eldar Namazovla Eldəniz Quliyev məqsədli şəkildə ölkədə xaos yaratmaq üçün adıçəkilən şəxslərin imkanlarından istifadə edəcəklər: “Bunu Baş Prokurorluğa bildirməmişəm və yalnız ilk açıqlamanı sizə deyirəm. Prezident seçkisi günü ölkədə sabitliyi pozmaq üçün bu qüvvələrdən istifadə ediləcək”.
O, jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi qəzetin redaksiyasından çıxarılan əşyaların onun tərəfindən oğurlanması haqda mediada gedən yazıları da qərəzli adlandırıb: “Bu əməliyyat MTN tərəfindən aparılıb və əşyalar da onlarda saxlanılır”.
banner

Oxşar Xəbərlər