AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Ədalət Vəliyev Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb

Ədalət Vəliyev Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevlə görüşüb

Siyasət
09 İyul 2020, 17:20 402
Bu gün Prezident Administrasiyasının siyasi partiyalar və qanunverici hakimiyyət ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev arasında görüş keçirilib.
BAP Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə ictimai-siyasi vəziyyət, iqtidar-müxalifət münasibətləri, pandemiya və bölgələrdə su qıtlığı ilə bağlı yaranan çətinliklər, Dağlıq Qarabağ ətrafında gedən proseslər müzakirə edilib, bu məsələdə iqtidarla-müxalifətin vahid mövqedən çıxış etməsinin səmərəliliyi qeyd olunub.
Ölkədə siyasi təşkilatların vəziyyəti, onların ofis və qurultaylarının keçirilməsi ilə bağlı problemlər, medianın, QHT-lərin vəziyyəti və inkişaf yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər görüşün səmərəli və məhsuldar olduğunu qeyd ediblər.