Əczaçılıq məhsullarının idxalı azalıb

Əczaçılıq məhsullarının idxalı azalıb

İqtisadiyyat
19 Oktyabr 2019, 19:30 1164
Yanvar-sentyabr aylarında ölkəyə 11 min 183 ton əczaçılıq məhsulları gətirilib.
AZƏRTAC Dövlət Gömrük Komitəsinin (DGK) məlumatına istinadla xəbər verir ki, 9 ayda idxal edilən əczaçılıq məhsullarının dəyəri 207 milyon 298 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin müvafiq dövründə Azərbaycana 221 milyon 845 min dollarlıq 12 min 382 ton əczaçılıq məhsulları idxal edilib.