• cümə, 29 Mart, 12:31
  • Baku Bakı 14°C

“Düz edib hakimə “kazyol” deyib” - Məşhur aktyor

19.08.19 13:15 13066
“Düz edib hakimə “kazyol” deyib” - Məşhur aktyor
Rusiyanın Xalq artisti Mixail Boyarski "Zenit” – "Axmat” qarşılaşmasının hakimindən narazı qalıb.
Kaspi.az xəbər verir ki, Boyarski hakimin oyunu sındırdığını deyib. O, hakimin hər iki komandaya mane olduğunu bildirib.
Boyrski "Zenit”in baş məşqçisi Sergey Semakın hakimlər haqda dediyi təhqiramiz ifadəyə də münasibət bildirib:
"Semak deyib ki, hakim "kazyol”dur? Düz deyib. Bu, normal insanın emosiyasıdır. Hakimliyin daha yaxşı olmasını istəyirik.
Dzyubanın da fikri ilə razıyam. O da deyib ki, oyunun əsas ulduzu hakim idi. İnanıram ki, azarkeşlər də, ekspertlər də belə düşünürlər”.
"Zenit” - Axmat” oyunu heç-heçə yekunlaşıb - 0:0.
banner

Oxşar Xəbərlər