AZE | RUS | ENG |

Donald Tramp Vladimir Zelenski ilə görüşəcək

Donald Tramp Vladimir Zelenski ilə görüşəcək
ABŞ Prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenski ilə BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində görüşəcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu məlumatı ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndəsi BMT Baş Assambleyasının 74-cü sessiyası ilə əlaqədar Donald Trampın Nyu-Yorka səfərinə dair jurnalistlər üçün telefon brifinqində açıqlayıb. O bildirib ki, Donald Tramp Vladimir Zelenski ilə energetika sahəsində, ticarətin genişləndirilməsi üzrə iki ölkənin əməkdaşlıq imkanlarını, habelə Ukrayna iqtisadiyyatının yenidən qurulmasının davam etdirilməsinin zəruriliyini müzakirə etmək niyyətindədir. BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Donald Trampın Britaniyanın Baş Naziri Boris Conson və Polşa Prezidenti Andjey Duda ilə görüşü də planlaşdırılıb. ABŞ Prezidenti, həmçinin Koreya Respublikası, Misir, İraq, Salvador prezidentləri, Pakistan, Yeni Zelandiya, Sinqapur, Hindistan və Yaponiyanın Baş nazirləri ilə görüşəcək.
Sentyabrın 25-də Donald Trampın mətbuat konfransı keçiriləcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289